Başkəsənlər () — Oliver Stounun rejissorluğu ilə 2012-ci ildə ekranlara çıxmış ABŞ istehsalı ekşn trilleri.

Filmin nümayişi 2012-ci il iyul ayının 6-da "Universal Pictures" tərəfindən həyata keçirilib, tənqidçi rəyləri isə əsasən ziddiyyətli olub. Filmə 45 milyon dollar sərmayə qoyulsa da, dünya prokatında 83 milyon dollar gəlir toplaya bilib.

Təsvir Öz sakit dünyasında yaşayan Ben ilə onun canciyər dostu, əvvəllər xüsusi təyinatlılar sırasında xidmət etmiş Çon, gördükdə adi gənclərdən fərqlənməsələr də, öz yetişdirdikləri əla növ marixuananı satmaqla olduqca dolğun bir güzəran qururlar. Bu iki dostu təkcə qazanclı işləri deyil, hər ikisinin könlünü fəth etmiş Ofeliya adlı qız da bir yerdə saxlayır. Lakin özlərini bu sahədə ən uca zirvədə hiss etdikləri məqamda, Meksikanın adı dillərdə qorxu ilə çəkilən Baxa karteli meydana çıxır və bu qazanclı işdən pay tələb edərək iki dostun sərbəst, kədərsiz yaşayışına son qoymaq istəyir. Kartelin ürəyi daşdan olan, rəhm bilməyən başçısı Yelena arzusuna çatmaq yolunda heç kəsi əsirgəmir, onun ən güvəndiyi adamı Lado isə bu istəyin yerinə yetirilməsi üçün var qüvvəsi ilə çalışacaq. Bir müddət sonra işlər getdikcə çətinləşir və çıxılmaz bir vəziyyətə düşən gənc narkotacirlər gözlənilən fəlakətin qarşısını almaq naminə istər istəməz şübhəli DEA əməkdaşı Dennisin köməyinə əl atmalı olurlar. Bəs görəsən, Ben və Çon bu qəddar rəqiblərə qalib gələ biləcəklərmi?

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2012-ci ilin ABŞ filmləri Kateqoriya:2012-ci ilin filmləri Kateqoriya:ABŞ-də adam oğurluğu haqqında filmlər Kateqoriya:ABŞ-nin cinayət triller filmləri Kateqoriya:ABŞ-nin detektiv filmləri Kateqoriya:ABŞ-nin detektiv romanlarına əsaslanan filmlər Kateqoriya:ABŞ-nin döyüş dram filmləri Kateqoriya:ABŞ-nin döyüş triller filmləri Kateqoriya:İngiliscə döyüş-triller filmləri Kateqoriya:İngiliscə kriminal triller filmləri Kateqoriya:Los-Ancelesdə çəkilmiş filmlər Kateqoriya:Meksika narkotik kartelləri haqqında filmlər Kateqoriya:Relativity Media filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri