İnternet icması (, həmçinin və ) — internet vasitəsilə qarşılıqlı əlaqə yaradan, müştərək maraq, məqsəd, fəaliyyət, peşə və ya mövzu ətrafında birləşən şəxslərdən ibarət virtual sosial birlikdir. İnternet icmaları bütövlükdə cəmiyyətin həyatında mühüm rol oynayır, xüsusilə də elektron demokratiyanın formalaşmasında. İnternet icmalarına viki layihələri, forumlar, çatlar, veb-konfranslar, sosial şəbəkələr, kollektiv bloqlar, çoxistifadəçili onlayn oyunları və s. nümunə göstərmək olar. 1990-cı illərdə Ümumdünya Hörümçək Torunun (World Wide Web) geniş yayılması ilə internet forumları, çat otaqları və müxtəlif tematik saytlar virtual icmaların əsas platformalarından birinə çevrilmişdir. Sonrakı dövrdə sosial şəbəkələr, mobil internet, mesajlaşma xidmətləri, onlayn oyunlar və əməkdaşlıq platformalarının inkişafı internet icmalarının miqyasını və müxtəlifliyini artırmışdır.
İstinadlar
Kateqoriya:Bloqlar Kateqoriya:İcma quruculuğu Kateqoriya:Sosial məlumat emalı Kateqoriya:Virtual icmalar Kateqoriya:Virtual reallıq