Karol Lambrino və ya Karol Hohensollern (; ) — Rumıniya kralı II Karolun böyük oğlu.

Həyatı

Skandal doğumu left|thumb|Anası Zizi Lambrino ilə birgə, 1920-ci il 8 yanvar 1920-ci ildə Rumıniya taxt-tacının vəliəhdi Şahzadə Karol və onun ilk xanımı Zizi Lambrinonun yeganə övladı kimi Buxarestdə dünyaya gəldi. Atası ona uşaq yaşda vəfat edən qardaşı Şahzadə Mirkeyanın şərəfinə Mirkeya Qriqor Karol adını verdi. Ancaq babası Rumıniya kralı I Ferdinand bu evliliyə qarşı idi və boşanmaq üçün parlamentdən aldığı 300 günlük möhlət bitdikdən sonra doğulması səbəbilə yeni doğulan körpə rəsmi varis olaraq qəbul edilmədi. Anasının qızlıq soyadını daşımağa başladı.

Vərasət mübarizəsi Doğumundan dərhal sonra anasıyla birlikdə Rumıniyadan sürgün edildi və Parisdə məskunlaşdılar. İstər gənclik illəri, istərsə də 1930-cu ildə taxta çıxmasının ardından atası II Karol atalığını dəfələrlə təsdiqləsə də, heç vaxt Rumıniya taxt-tacı üzərində haqq iddia etmədi. Ancaq Portuqaliyada sürgündə olan atasının 1953-cü idə vəfat etməsinin ardından atasının bəzi mal-mülkünü portuqal qanunvericiliyinə əsasən miras almaq istədi. 2 aprel 1955 tarixli məhkəmə qərarıyla, Karol Lambrino mərhum kralın oğlu kimi rəsmi olaraq tanındı və Hohensollern soyadını istifadə etməsinə qərar verildi. 6 mart 1957-ci ildə bu qərar Paris məhkəmələri tərəfindən də tanındı. Bu, ona atasının Fransadakı mülküləri üzərində haqq iddia etməsinə şərait yaratdı. Ögey qardaşı olan sürgündəki kral I Mixay buna etiraz etdi və onun etirazı 8 yanvar 1963 tarixli apellyasiya qərarıyla qəbul olundu.

1995-ci ilin oktyabrında Rumıniya məhkəmələri də onu kralın rəsmi varisi kimi tanısa da, ögey qardaşı kral I Mixay bu qərara da etiraz etdi. Ancaq bu dəfə açdığı apellyasiya məhkəməsi bu etirazı qəbul etmədi və 2002-ci ilin iyulunda qərar Karol Hohensollernin lehinə yeniləndi.

Son illəri 2005-ci ilin noyabrında Buxarestə rəsmi səfər etdi və bu, onun nənəsi Kraliça Mariyanın 1938-ci ildəki cənazə mərasiminin ardından vətəninə ikinci dönüşü oldu. Cəmi 2 ay sonra - 27 yanvar 2006-cı ildə Londonda ikən vəfat etdi. Cənazəsi Rumıniyaya gətirildi və Vılçadakı monastırlardan birində keçirilən cənazə mərasiminin ardından burada dəfn edildi. Oğlunun əksinə heç vaxt Rumıniya taxt-tacı üzərində haqq iddia etmədi.

Ailəsi İlk evliliyi 22 mart 1944-cü ildə Parisdə opera müğənnisi Helena Henretta Naqavitsina ilə baş tutdu. Cütlüyün bu nigahdan bir oğlu doğulsa da, 3 may 1960-cı ildə rəsmi olaraq boşandılar.

Pavel Filipp Hohensollern (1948-)

İkinci evliliyi 20 dekabr 1960-cı ildə Janna Vilyamsla baş tutdu. Cütlüyün bu nigahdan bir oğlu doğulsa da, 1977-ci ildə rəsmi olaraq boşandılar.

Aleksandr Hohensollern (1961-)

Üçüncü evliliyi 27 iyun 1984-cü ildə Londonda Antoniya Kolvillə baş tutdu. Bu evliliyindən övladı olmadı.

Mənbə

Ədəbiyyat

Cristescu, Sorin. Carol al II-lea – scrisori către părinți [Carol II – letters to his parents] (in Romanian). Bucharest: Tritonic, 2015.

İstinadlar

Kateqoriya:Hohensollernlər