Ramiz Cumeyir oğlu Ağayev () — Azərbaycan-sovet partiya xadimi, Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin birinci katibi (1988–1991), Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı (1991–1995).
Həyatı Ramiz Cumeyir oğlu Ağayev 1942-ci ildə anadan olmuşdur. 1970–1990-cı illərdə Azərbaycanın partiya orqanlarında çalışmışdır.
1980–1983-cü illərdə Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin katibi, 1983–1988-ci illərdə isə ikinci katibi olmuşdur.
15 noyabr 1988-ci ildən partiyanın 1991-ci ildə fəaliyyətinə son qoyulmasınadək Mingəçevir Şəhər Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.
30 sentyabr 1990-cı ildə 114 nömrəli Mingəçevir-Kürsahili seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı seçilmişdir. Ali Sovetin Sənaye və energetika komissiyasının üzvü olmuşdur.
Azərbaycan Kommunist Partiyasının bir sıra qurultaylarına, o cümlədən 1990-cı ildə keçirilmiş XXXII qurultayına nümayəndə seçilmişdir. 1990–1991-ci illərdə Azərbaycan KP Təftiş Komissiyasının üzvü olmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvləri