Cicliola (Cici) Sançetta Pirella (; d. 3 aprel 1966) — venesuelalı aktrisa.

Həyatı və karyerası Sançetta televiziyada debütünü "Cristal" telenovellası ilə edib; daha sonra o, bu janrda ixtisaslaşıb və 20-dən çox telenovellada, o cümlədən Fernando Karrillo və Kara Suçia ilə birlikdə "Primavera"da rol alıb. 1990-cı illərin ortalarında o, İspaniyanın "Interviú" jurnalının üz qabığında görünərək jurnal üçün çılpaq poza verən ilk venesuelalı məşhur olması ilə mübahisələrə səbəb oldu. O, həmçinin filmlərdə və teatrda da fəal iştirak edib. Onun telenovellada son rolu 2012-ci ildə olub; o vaxtdan bəri əyləncə sənayesindən ayrılaraq oğlu ilə birlikdə İspaniyaya köçüb. Çavizmin və Nikolas Maduronun keçmiş dəstəkçisi olan aktrisa, sonda ona verdiyi dəstəyə görə açıq şəkildə peşman olduğunu bildirmiş və ona tənqidlər yağdırmışdır.

Keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycanda "Mehriban düşmən" telenovellasındakı Viktoriya (Viki) Anduesa rolu ilə məşhurlaşmışdır.

Telenovellalar

Cristal (1985) Más allá del silencio (1985) El Seductor (1986) Mansión de luxe (1986) La dama de rosa (1986) Primavera (1988) Alondra (1989) El Engaño (1989) Inolvidable (1992) Cara sucia (1992) Dulce enemiga (1995) Pecado de amor (1996) Contra viento y marea (1997) El País de las mujeres (1998) Enséñame a querer (1998) Toda mujer (1999) Hechizo de amor (2000) Más que amor, frenesí (2001) Mambo y canela (2002) Las González (2002) Engañada (2003) Sabor a ti (2004) Los Querendones (2006) Te tengo en salsa (2006) Natalia del mar (2011) Válgame Dios (2012)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1966-cı ildə doğulanlar