Məhəmməd bin Həsən əl-Astarabadi Səmnai (Səmnaki) Nəcəfi () — Cənubi Azərbaycanlı ərəb dili alimi. thumb|Şərhul-kafiyə əsərinin titul səhifəsi
Həyatı və fəaliyyəti Məhəmməd bin Həsən əl-Astarabadi Səmnai (Səmnaki) Nəcəfi (?- 1287) daha çox şeyx Razi kimi tanınsa da, "Nəcmul-əimmə", "Radiyyuddin", "Şərhul-Kafiyyə" sahibi, "Nəcmuddin", "Nəcmul-millə" kimi ləqəblərə də malik olmuşdur. O şiə alimlərinin iftixarıdır. Əl-Astarabadinin atasının adının Həsən olmasından başqa onun anadanolma tarixi, yeri və ailəsi ilə bağlı məlumatlar qaynaqlarda rast gəlinmir. Onun tərcümeyi-halının qeyd olunmaması, vəfat və anadanolma tarixləri alimlər arasında ixtilafa səbəb olmuşdur. Belə ki, Suyuti "Buğyətul-Vuat" əsərində onun h.q 684-cü ildə (miladi 1285), ya da 686-cı ildə (miladi 1287) vəfat etdiyini bidirmişdir. Alimlərin bir qrupu onun h.q 686 (miladi 1287) -cı ildə və digər qrupu isə 688-ci ildə (miladi 1289) vəfat etdiyi fikrindədirlər. Bu fikirlər bir daha isbat edir ki, alim bu illərə qədər (h.q 684, h.q 686 və h.q 688) yaşamışdır.
Radiyyuddin əl-Astrabadiyə verilən nisbətdən anlaşılır ki, o Astarabadda doğulub, ya da yaşayıbdır. Əl-Astarabadi nisbəsi bir sıra mənbələrdə əl-Astarabazi olaraq da adı keçmişdir. Hər iki forma alimin nisbətində işlənmişdir. Astarabad hal-hazırda Xəzər dənizinin cənub-şərqində, İran İslam Respublikasının ərazisində yerləşən Gürgan (Qorqan) adlı tarixi şəhərdir. Radiyyuddin Məhəmməd bin Həsən Razi əl-Astarabadi öz dövrünün elm mərkəzi olan İraqa səfər etmiş və "Nəcəfi-Əşrəfdə" yaşayıb-yaratmışdır. O, "Şərhul-kafiyyə" əsərinin müqəddiməsində qeyd edir ki: "Əgər şərhimiz məmnunluqverici şəkildə ərsəyə gələrsə, bu müqəddəs, təmiz Ğaravinin bərəkətlərindən qaynaqlanır. Məni müvəffəq etdiyinə görə Allahın salamı bu yeri şərəfləndirənə olsun. Şayət bunun əksinə bir vəziyyət ortaya çıxarsa, bu da müəllifin çalışmasında etdiyi xətaya görədir. Doğru yola irşad edən sadəcə Allahdır. O, bizə bəsdir. O, nə gözəl vəkildir
Əsərləri Radiyyuddin əl-Astarabadi ərəb qrammatikasının sərf, nəhv və bəlağət sahəsində dəyərli əsərlər yazmışdır. Bunlar aşağıdakılardır:
"Şərhul-kafiyə" "Şərhul-şafiyə" "Haşiyə alə təcridil-aqaidil-cədidə vəl-haşiyətil-qadimə" "Haşiyə alə şərhil-Cəlaluddin əd-Dəvvani li təhzibil-məntiq vəl-kəlam" "Şərhu qasaidi ibn əbil-hadid" "Nəzmul-ləalil-mubdiati fi sıfatil-kitəbətil-muxtəra"
İstinadlar
Kateqoriya:Məhəmmədin ailəsi