Badiəzzaman Mirzə Teymuri — XV əsrin sonu və XVI əsrin əvvələrində yaşamış, Teymurilər dövlətinin süqutu dövründə Heratın sonuncu müştərək Hökmdarı olmuş Teymuri şəhzadəsidir. Əmir Teymurun nəvəsinin nəvəsi, Heratın məşhur mədəniyyət hamisi, Və Sultan Hüseyn Bayqarın böyük oğludur.
Həyatı Onun həyatı taxt mübarizələri, imperiyanın süqutu və qürbətdə keçən sürgün illəri ilə xarakterizə olunur.Badiəzzaman Mirzə gənclik illərində atasının mərkəzi idarəsinə qarşı bir neçə dəfə üsyan qaldırmışdı. O, xüsusilə Astrabad və Bəlh hakimi olduğu dövrlərdə ətrafındakı qüvvələrlə güclənərək müstəqil hərəkət etməyə çalışmışdı.1506-cı ildə Teymurilərin son qüdrətli hökmdarı Sultan Hüseyn Bayqara vəfət ettikdən sonra Badiəzzamanın taxta çıxmağına yol açıldı.
Taxta çıxışı 1506-cı ildə Sultan Hüseyn Bayqara vəfat etdikdən sonra dövlətin paytaxtı Heratda qeyri-adi bir siyasi vəziyyət yarandı. Badiəzzaman Mirzə, kiçik qardaşı Müzəffər Hüseyn Mirzə ilə birlikdə müştərək (həmhökmdar) olaraq taxta çıxdı. Lakin iki qardaş arasındakı daxili rəqabət və ixtilaflar dövləti xarici təhlükələrə qarşı müdafiəsiz qoydu.
Hakimiyyətdən dəvriliş 1507-ci ildə Şeybani xanın rəhbərlik etdiyi özbək qoşunları Xorasan üzərinə böyük yürüşə başladı. Müdafiəni təşkil edə bilməyən qardaşlar məğlub oldular və Teymurilərin Xorasandakı hakimiyyətinə son qoyuldu.
Səfəvilə sığınış,Sürgün illəri,Haqqında qalanlar Şəhər itirildikdən sonra Badiəzzaman Mirzə qərbə qaçaraq Səfəvilər dövlətinin hökmdarı I Şah İsmayıla sığındı. Şah İsmayıl teymuri şahzadəsini böyük hörmətlə qarşıladı, ona Təbrizdə saray və dolanışıq üçün yüksək məbləğdə təqaüd ayırdı. Hətta Badiəzzaman özü ilə bərabər Teymuri saray kitabxanasının qiymətli əsərlərini və sənətkarlarını da Təbriz mədəni mühitinə gətirmişdi.Həmçinin Xətai Şeybani xanınıda məğlub edib öldürmüş,Və Xorasanı geri almışdır.1514-cü ildə Səfəvilər və Osmanlılar arasında baş verən Çaldıran döyüşündən sonra, Təbrizə daxil olan Yavuz Sultan Səlim şəhərdəki sənətkarlar və tanınmış şəxslərlə bərabər Badiəzzaman Mirzəni də İstanbula apardı.Sultan Səlim ona İstanbulda xüsusi ehtiram göstərdi və "şahzadə" statusuna uyğun qayğı ilə əhatə etdi. Badiəzzaman Mirzə qürbətdə keçən bu son illərindən çox keçmədən, təxminən 1514–1515-ci illərdə İstanbulda yayılmış vəba epidemiyası nəticəsində vəfat etdi və Eyüp sultan qəbiristanlığında dəfn olundu.Badiəzzaman Mirzə sadəcə hökmdar deyil, həm də dövrünün şair və incəsənət hamisi idi. Onun Heratdan qaçarkən Təbrizə, ordan isə İstanbula köçməsi, Teymuri intibahının (miniatur, xəttatlıq və kitab sənəti) Səfəvi və Osmanlı saray mədəniyyətlərinə daşınmasında əhəmiyyətli bir mədəni körpü rolunu oynamışdır.
İstinadlar
Kateqoriya:Türk şairlər