thumb|Peçoradakı Daryal radarı Daryal radarı (, NATO adı: Pechora) — Sovet istehsalı olan bistatik erkən xəbərdarlıq radarı. O, bir-birindən təxminən 500 metr ilə 1,5 kilometr məsafədə yerləşən iki ayrı böyük aktiv fazalı antenna qəfəsindən ibarətdir. Radioverici antenna qəfəsi 30 m × 40 m, qəbuledici isə 80 m × 80 m ölçüsündədir. Sistem 1,5–2 metr dalğa uzunluğunda (150–200 MHz) işləyən VHF sistemidir. Onun ilkin ötürmə gücü 50 MVt idi, hədəf gücü isə 350 MVt olaraq nəzərdə tutulmuşdu.
Radarların dizayneri RTI Mints bildirir ki, hər bir Daryal qəbuledicisi 100 × 100 m ölçüsündədir və 4.000 çarpaz dipoldan ibarətdir. Hər bir verici 40 × 40 m ölçüsündədir və hər biri 300 kVt gücə malik olan 1.260 modula sahibdir. Onların sözlərinə görə, radarın fəaliyyət məsafəsi 6.000 km-dir və 0,1–0,12 m² effektiv əks etdirmə sahəsinə malik hədəfləri aşkar edə bilir O, eyni vaxtda 20 obyekti izləyə bilir və dörd radioelektron maneə mənbəyinin təsirinin öhdəsindən gələ bilir. Layihəçi Viktor İvantsov Daryal üzərində gördüyü işlərə görə "Sosialist Əməyi Qəhrəmanı" adına layiq görülmüşdür.
İlk Daryal tipli radar 1977-ci ildə Oleneqorskda inşa edilmiş aktiv elektron skanlı antenna qəfəsi idi. Bu, yalnız qəbuledici binası idi və Daryal yox Daugava adlandırılırdı. O, yaxınlıqdakı Dnestr-M radarının radiovericisindən istifadə edirdi. Bundan sonra Peçorada (1983) və Qəbələdə (1985) iki Daryal radarı inşa edildi. Yeni Daryal-U radarlarının Qazaxıstanda Sarı Şağan yaxınlığındakı Balxaş-9-da, İrkutsk yaxınlığındakı Mişelevkada və Sibirdə Krasnoyarsk yaxınlığındakı Yeniseysk-15-də qurulması planlaşdırılırdı. Bundan əlavə, Skrundada və Ukraynanın Mukaçevo şəhərində iki Daryal-UM sisteminin tikilməsi nəzərdə tutulmuşdu.
Əvvəlcə ən azı yeddi Daryal qurğusunun tikilməsi planlaşdırılırdı. Lakin tamamlanmış ilk iki qurğu olan Peçora və Qəbələ istismara verilən yeganə radar kompleksləri oldu.
ABŞ-də Klinton administrasiyası ABŞ-nin milli raketdən müdafiə sistemini yerləşdirməsinə icazə verilməsi üçün Ballistik Raketlərə Qarşı Müqaviləyə dəyişiklik edilməsi müqabilində Mişelevka obyektinin tamamlanmasına maliyyə yardımı təklif etmişdi. Rusiya bu təklifi rədd etdi və 2002-ci ildə ABŞ birtərəfli qaydada müqavilədən çıxdı. Ukraynadakı Mukaçevo obyekti Sovet İttifaqının dağılmasından sonra heç vaxt tamamlanmadı, Skrunda obyekti isə ABŞ Müdafiə Nazirliyinin təşkilatçılığı ilə yeni müstəqillik qazanmış Latviya tərəfindən söküldü. Yeniseysk (Krasnoyarsk) Daryal-U obyekti 1980-ci illərdə tikintisi zamanı müqaviləyə uyğunluq baxımından Qərbdə narahatlıq doğurdu. Müqavilənin VI(b) maddəsinə əsasən radarlar milli ərazinin kənarında yerləşməli və xaricə istiqamətlənməli idi, halbuki Yeniseysk radarı Sibirin içərilərinə doğru yönəlmişdi. Danışıqlardan sonra 1989-cu ilin sentyabrında SSRİ bunun müqavilənin pozulması olduğunu etiraf edib tikintini dayandırdı və obyekt söküldü.
Variantları Daryal radarının prototip qəbuledicisi Daugava (5U83) adlanır və Dnestr-M radiovericisi ilə işləyir. O, Daryal qəbuledicilərinin yarısı qədər ölçüyə malikdir, lakin eyni avadanlıq və kompüter sistemlərinə sahibdir.
İlkin Daryal (5N79) sonradan Daryal-U (90N6) və Daryal-UM versiyaları ilə təkmilləşdirildi. Daryal-U modeli Daryal radarındakı radiovericilərin yarısı qədər radiovericiyə malik idi. Volqa radarı (70M6) Daryala bənzər radardır, lakin Daryalın metr diapazonunda (VHF) yox desimetr diapazonunda (UHF) fəaliyyət göstərir. Əvvəlcə Daryal radarlarını tamamlayacaq bir neçə belə radarın tikilməsi planlaşdırılırdı. Tikilmiş yeganə Volqa radarı Hantsaviçidə yerləşir. Onun tikintisinə 1982-ci ildə başlanılmış, 1990-cı illərin əvvəllərində dayandırılmış, 1999-cu ildə yenidən bərpa edilmiş və 2003-cü ildə istismara verilmişdir.
Yerləri Təyinatı Yeri Koordinatları Azimut Tipi Tikilmə tarixi Detallar RO-1 Oleneqorsk, Rusiya qəbuledici 308° Daugava 1975–1977 Radioverici kimi Dnestr-M radarından istifadə edir. İstismardadır. RO-2 Skrunda, Latviya qəbuledici 308° Daryal-UM 1986–1991 1995-ci ildə sökülüb. - Hantsaviçi, Belarus radioverici qəbuledici 262.5° Volga 1986–2003 İstismardadır. RO-5 Mukaçevo, Ukrayna radioverici qəbuledici 218° Daryal-UM 1986–1991 2011-ci ildə sökülüb. RO-7 Qəbələ RLS, Azərbaycan radioverici qəbuledici 162° Daryal 1977–1985 2012-ci ildə fəaliyyəti dayandırılıb. RO-30 Peçora, Rusiya radioverici qəbuledici 2° (təxmini) Daryal 1975–1984 İstismardadır. OS-1 Mişelevka, Rusiya radioverici qəbuledici 135° Daryal-U 1979–1984 2011-ci ildə sökülüb, Voronej radarı ilə əvəz olunub. OS-2 Balkaş, Qazaxıstan radioverici qəbuledici 152° (təxmini) Daryal-U 1984–1992 Qəbuledici 2004-cü ildə yanğın nəticəsində məhv olmuş, 2010-cu ildə xarabalığa çevrilmişdir. OS-3 Yeniseysk-15, Rusiya radioverici qəbuledici 40° (təxmini) Daryal-U 1983–1987 1989-cu ildə fəaliyyəti dayandırılmış və sonradan sökülmüşdür.
İstinadlar
Kateqoriya:Radiolokasiya stansiyaları Kateqoriya:SSRİ hərbi radarları Kateqoriya:Hava hücumundan müdafiə radar şəbəkələri