Şahzadə Eduard Avqust (; ) — Britaniya və İrlandiya kralı II Georqun nəvəsi, York və Albani hersoqu.

1739-cu ildə Vestminsterdə dünyaya gəldi. Atası Britaniya və İrlandiya kralı II Georqun oğlu Uels şahzadəsi Şahzadə Frederik Lüdovik, anası isə Saksen-Qota-Altenburq hersoqu II Frederikin qızı Şahzadə Avqustadır. Mükəmməl saray təlim-tərbiyəsi aldı. Fransız, alman, latın və yunan dillərində dərslər aldı. Donanma xidmətinə maraq göstərdi. Fransa sahillərində aparılan hərbi əməliyyatlarda iştirak etdi. 1759-cu ildə kapitan, 1761-ci ildə kontr-admiral, 1762-ci ildə vitse-admiral və 1766-cı ildə admiral rütbəsinə yüksəldi.

1751-ci ildə atası vəfat etdi və digər bacı-qardaşlarıyla birlikdə babası II Georqun himayəsinə girdi. Hələ babasının sağlığında 1 aprel 1760-cı ildə York və Albani hersoqu ünvanı aldı. Elə həmin il vəfat edən babasının yerinə isə yaşca böyük qardaşı III Georq taxta çıxdı. Bu əsnada qardaşının oğul varisi hələ doğulmamışdı. Bu səbəblə, gələcəyin taxt varisi Şahzadə Georqun dünyaya gəldiyi 1762-ci ilədək Britaniya taxt-tacının vəliəhdi oldu.

27 iyul 1765-ci ildə Mason təriqətinə üzv seçildi.

1767-ci ilin yayında Genuyaya dəniz səyahəti edərkən səhhəti pisləşdi və bu səbəblə, Monako sahillərində səyahəti sonlandırdı. 17 sentyabrda Monako Vill sarayında vəfat etdi. Cənazəsi dəniz yoluyla Londona gətirildi və Vestminster Abbatlığına dəfn olundu.

Mənbə

Ədəbiyyat George Edward Cokayne, Vicary Gibbs (Hrsg.): The Complete Peerage. Band XII/2, The St. Catherine Press, London 1959, S. 920–9 William Arthur Shaw: The Knights of England. Band 1, Sherratt and Hughes, London 1906, S. 44

İstinadlar Kateqoriya:Birləşmiş Krallıq şahzadələri