thumb|Əsər 2012-ci ildəki restavrasiya cəhdindən sonra.|180px Ecce Homo () – İspaniyanın Borxa qəsəbəsində yerləşən Mərhəmət Ziyarətgahı kilsəsi üçün 1930-cu ildə Elias Qarsiya Martines tərəfindən çəkilmiş, İsanı tikanlı tacla təsvir edən freska. Mövzu və üslub ənənəvi katolik incəsənətini əks etdirir."Un hecho incalificable" (in Spanish). Noticias y actividades. Centro de Estudios Borjanos (Institución Fernando El Católico). 7 August 2012.
Orijinal təsvir sənət baxımından əhəmiyyətli qəbul olunmasa da, əsər 2012-ci ildə 81 yaşılı qeyri-peşəkar sənətçi və yerli sakin Sesiliya Ximenes tərəfindən yerinə yetirilmiş restavrasiya cəhdindən sonra məşhurlaşmışdır. Restavrasiya freskanı tanınmaz hala salmış, İsanın görünüşü meymunla müqayisə olunmuşdur. Bu səbəbdən əsər bəzən "Ecce Mono" (ispan dilində "mono" "meymun" deməkdir) kimi tanınır. Əsər Borxaya turist axınınına səbəb olmuş və əvvəlki vəziyyətinə gətirilməmişdir.
Orijinal əsər Saraqosa İncəsənət Məktəbinin professoru olan Elias Qarsiya Martines bu əsəri tətillərini keçirdiyi Borxa qəsəbəsinə bağışlamış, əsəri 1930-cu ildə kilsə divarına çəkmişdir.Albarium Conservación y Restauración. Informe sobre el Ecce Homo de la iglesia del Santuario de la Misericordia de Borja (Zaragoza) . September 2012. O, bu əsəri "Mərhəmət Bakirəsinə 2 saatlıq ibadətin nəticəsi" kimi təsvir etmişdir. Sənətçinin Saraqosada yaşayan davamçıları freskanın zədələndiyini və pis hala düşdüyündən xəbərdar idilər. Sənətçinin nəvəsi əsərin bərpası üçün pul bağışlamışdır.
Restavrasiya cəhdi və internet fenomeni Borxa rəsmiləri əvvəlcə vandalizmdən şübhələnsələr də, freska üzərisindəki dəyişikliklərin 81 yaşlı qeyri-peşəkar sənətçi Sesiliya Ximenes tərəfindən yerinə yetirildiyini müəyyən etmişlər. O, İspaniya televiziyasına verdiyi müsahibəsində bildirmişdi ki, kilsə divarındakı nəm səbəbilə freskanın zədələnməsi onu narahat etmiş və bu səbəbdən əsəri bərpa etmək istəmişdir. Ximenes özünü müdafiə edərək bərpa işini yerli keşişin nəzarəti altında apardığını, gizli iş görmədiyini demişdir. Ximenes restavrasiya cəhdinin tamamlanmadığını, qurumağa qoyduğunu və 2 həftəlik tətildən qayıtdıqdan sonra davam etmək istədiyini bildirmişdir. O, tətildən qayıdanda hamının əsər haqqında danışdığını, məyus hiss etdiyini, tətilə getməsəydi, bunların heç birinin baş verməcəyini demişdir.
Restavrasiya olunmuş əsər 2012-ci ilin avqustunda sosial mediada müzakirə mövzusuna və internet fenomeninə çevrilmişdir. Bərpa olunmuş versiya zarafatla "Ecce Mono" adlandırılmış, insident 1997-ci ildə buraxılmış "Bin" filminin süjeti ilə müqayisə olunmuşdur. Kilsənin keşişi Florensio Qarses freskanın örtülməli olduğunu düşünmüşdür. Orijinal sənətçinin ailəsi məhkəməyə müraciət edəcəklərini bildirmişdir. Hadisə Ximenesin panika və stress keçirməsinə səbəb olmuşdur: yeməkdən imtina etmiş və 6 kiloqram çəki itirmişdir.
Turizmə təsiri Restavrasiya olunmuş əsəri görmək üçün bir çox turist Borxaya və kilsəyə gəlməyə başlamış, kilsə əsərə baxmaq üçün turistlərdən ödəniş almağa başlamışdır. Restavrasiya cəhdindən bir il sonra 40.000 ziyarət qeydə alınmışdır. Ximenes əldə olunan gəlirlərdən pay iddia etmiş, 2013-cü ildə əldə olunan razılıqdan sonra əsərdən əldə olunan bütün gəlirlərin 49 %-ni almışdır.
2016-cı ildə Borxaya gələn turistlərin sayı 6000-dən 57000-ə yüksəlmişdir. 16 mart 2016-cı ildə Borxada əsərə həsr olunmuş xüsusi mərkəz açılmışdır. 2022-ci ilin məlumatına əsasən əsər hər il kilsəyə 40.000 avro gəlir gətirir. Əldə olunan gəlir kilsənin baxımı, işçilərin maaşının ödənməsi və qocalar evindəki şəxslərə dəstək olmaqda istifadə olunur.
Populyar mədəniyyətdə İspaniya aktrisası Assumpta Serna insidentdən bəhs edən "Fiasko Freska" adlı sənədli film istehsal etmişdir. Daha sonra əsərdən bəhs edən "Budur, meymun" adlı filmdə rol almışdır. Hər iki film 2016-cı ilin fevralında nümayiş etdirilmişdir.
İnsidentdən bəhs edən "Meymun İsa" adlı komik opera 2023-cü ildə Las-Veqasda səhnələşdirilmişdir.
İstinadlar
Kateqoriya:1930-cu illərin rəsm əsərləri Kateqoriya:2012-ci ildə təsviri incəsənət Kateqoriya:2012-ci ilin əsərləri Kateqoriya:İnternet memləri Kateqoriya:İsanın təsvir edildiyi rəsm əsərləri Kateqoriya:İspaniya rəssamlarının əsərləri Kateqoriya:Freska rəsmlər