Paramatman (, ) və ya Paramatma — Hind fəlsəfəsinin Vedanta və Yoqa məktəblərində Mütləq mənlik və ya Ali Varlıq. Paramatman mütləq və son reallıqla mənəvi baxımdan eyni olan "İlkin mənlik" və ya "Transsendent mənlik" kimi də səciyyələndirilir.
Etimologiya Paramatman mürəkkəb sözü iki Sanskrit kökündən təşkil olunub: "ali", "ən yüksək" mənasını verən parama və "fərdi mənlik", "ruh" mənasına gələn atman.
Fəlsəfə Hinduslar Paramatman, Parameşvara, Parabrahman, Puruşottama və oxşar müxtəlif adlarla tanınan Tək Allaha inanırlar. Allah mütləq mənada tək bir varlıqdır və sonsuz formada təzahür edir; lakin bu, çoxallahlılıq mənasına gəlmir.
Hindular Parabrahmanı müxtəlif şəkildə dərk edirlər. Advayta-vedanta ənənəsində Nirquna-brahman (sifətləri olmayan Brahman) Parabraxman hesab olunur. Dvayta və Vişiştadvayta ənənələrində isə Saquna-brahman (sifətlərə malik Brahman) Parabrahmandır.
Vaişnavizm Paramatman bilik və cəhalətin fövqündə durur, bütün maddi sifətlərdən (upadhi) üstündür. Bhaqavat Gitanın 13-cü fəslində Paramatman bütün ruhların qəlbində və maddənin hər zərrəsində məskən salan Krişna kimi təsvir edilir. Paramatman, həmçinin Bhaqavat Gitanın 9-cu fəslində bütün varlıqların sevgi və sədaqətinin ali obyekti kimi xarakterizə olunur.
İstinadlar
Ədəbiyyat siyahısı
Xarici keçidlər Usage of the term Paramatma in Puranic and Gaudiya Vaishnava literature
Kateqoriya:Hinduşünaslıq Kateqoriya:Puranalar Kateqoriya:Sanskrit dilində sözlər və ifadələr Kateqoriya:Vedalar Kateqoriya:Vedanta Kateqoriya:Hinduizm anlayışları Kateqoriya:Hinduizmdə Allahın adları Kateqoriya:Vişnunun formaları