thumb|Brac meşəsində qopilərlə birlikdə Krişna, Manakunun Pahari üslubunda çəkdiyi rəsm əsəri, təqr. 1730 Qopi (, ) və ya Hinduizmdə Qopika — adətən Hindistanın Brac regionundakı südçü qızlar qrupuna verilən addır. Hindular tərəfindən onlar Krişnanın həyat yoldaşları və ona sadiq olan şəxslər kimi qəbul edilir. "Bhaqavata Purana" və digər Puranik ədəbiyyatlarda Krişnaya olan şərtzsiz sevgiləri və bağlılıqlarına (Bhakti) görə onlara böyük ehtiram bəslənilir. Qopilərin hər biri bir qayda olaraq, Krişnanın baş həyat yoldaşı olan Radhanın təzahürü (əksi) hesab olunurlar. Qopilərin Krişna ilə bərabər ifa etdikləri Raslila rəqsi müxtəlif ənənəvi səhnə sənətlərinə və ədəbi əsərlərə ilham mənbəyi olmuşdur.

Qopi (, ) Hind mənşəli kişi adı kimi istifadə edildikdə Qopala Krişna adının qısaldılmış formasıdır və hərfən "inək mühafizi Krişna" və ya "mal-qara çobanı Krişna" mənasını verir. Ənənəvi olaraq əsasən hər iki cins üçün istifadə olunsa da, xüsusilə Hind diasporasında və icmalarında daha çox kişi adı kimi yayılmışdır.

İstinadlar

Xarici keçidlər

The Residents of Eternal Vrindavana The Eight Main Gopis (Ashtasakhi) Deity Gallery: Radha-Madhava and the Eight Gopis Diagram of the Yoga Pitha in Vrindavana Srimati Radharani and other Personalities Shree Radha Raasbihiari Ashtasakhi Temple, Vrindavan

Kateqoriya:Hinduizm anlayışları Kateqoriya:Krişna Kateqoriya:Hind ilahələri Kateqoriya:Krişna ilə əlaqədar şəxslər Kateqoriya:Hindu şəxs adları