Nəsib Loğman oğlu Nəsibli () — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, tarix elmləri doktoru.
Həyatı Nəsib Nəsibli 1956-cı il sentyabrın 5-də Gürcüstanın Bolnisi rayonunun Qoşakilsə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, 1987-ci ildən İran İslam Respublikasında istilik-elektrik stansiyasının tikintisində tərcüməçi, 1988-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda elmi işçi, Tarix İnstitutunda şöbə müdirinin müavini, şöbə müdiri işləmişdir.
1994–2002-ci illərdə Bakı Asiya Universitetində dosent, Xəzər Universitetində professor, kafedra müdiri, dekan vəzifələrində çalışmışdır. 1997–1998 və 2002–2003-cü illərdə ABŞ-nin Çikaqo və Con Hopkins universitetlərində işləmişdir.
Tarix elmləri doktorudur. 5 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. İngilis, fars, rus və fransız dillərini bilir.
Evlidir, iki övladı var.
Siyasi fəaliyyəti Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olmuş, eyni zamanda Müsavat Partiyasının bərpa edilməsi işində çalışmışdır. 1989–1992-də Azərbaycan Milli Demokratik Partiyası "Yeni Müsavat"a başçılıq etmişdir. Müsavat Partiyası Bərpa Mərkəzinin birinci katibi olub. 1994–1996-da Müsavat Partiyasının xarici əlaqələr katibi vəzifəsində işləyib.
1992–1994-cü illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfiri olmuşdur. 2005-ci ildə 3-cü çağırış Milli Məclisə keçirilən seçkilər zamanı qalib gələrək deputat mandatı almışdır. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.
2 noyabr 2014-cü ildə Müsavat Partiyasından istefa vermişdir.
Əsərləri
Azərbaycan Demokratik Respublikası (məqalələr və sənədlər). Bakı: Elm, 1990; Azərbaycanın xarici siyasəti (1918–1920). Bakı: Ay-Ulduz, 1996; Bölünmüş Azərbaycan, bütöv Azərbaycan (məqalələr toplusu). Bakı: Ay-Ulduz, 1997; İranda Azərbaycan məsələsi (XX əsrin 60-70-ci illəri). Bakı: Ay-Ulduz, 1997; Azərbaycanın geopolitikası və neft. Bakı: Xəzər Universiteti, 2000; Azərbaycan Demokratik Respublikasının xarici siyasəti (dərs vəsaiti). Bakı: Qanun, 2011; Güneyli-Quzeyli məsələlərimiz. Bakı: Aypara, 2013; Güney ile Kuzey Azerbaycan sorunları. Ankara: Tebaren, 2017; Kuzey Azerbaycan İstiklalden İkinci İşgale (1918–1920). Ankara: Altınordu Yayınları, 2018; Azerbaycan Tarihi Millet-Devlet-Siyaset. Ankara: Altınordu Yayınları, 2019; Azerbaycan Tarihi Millet-Devlet-Siyaset. Ankara: Altınordu Yayınları, 2021 (ikinci nəşri); Azərbaycan tarixi: Millət-Dövlət-Siyasət. Bakı: Qanun, 2022; Türkçü düşüncənin əsasları. Bakı: Qanun, 2023.
İstinadlar
Mənbə
Ətəkyazının elektron kitabları: Nəsib Nəsibli
Xarici keçidlər
Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Azərbaycanlı tarixçilər Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycanlı pedaqoqlar Kateqoriya:Azərbaycanın İrandakı səfirləri Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları Kateqoriya:Müsavat Partiyasının katibləri Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Azərbaycan diplomatları Kateqoriya:Azərbaycan antikommunistləri Kateqoriya:Azərbaycan milliyətçiləri