Kütubiyyə məscidi () — Mərrakeş şəhərində yerləşən tarixi məscid. Mərrakeşin ən böyük məscidi.

Adının mənşəyi Mənbələrdə "əl-Məscidül-Muvahhidi" və "əl-Məscidül-Cəmi" kimi adlarla xatırlanan bu tikiliyə sonralar portiklərində yerləşən kitab dükanlarına və ya yaxınlığındakı kitab bazarına görə Məscidül-Kütubiyyin və ya Məscidül-Kütubiyyə adı verildiyi deyilir.

İnşası Mərrakeş Muvəhhidlər tərəfindən ələ keçirildikdən sonra Murabilərə məxsus Dərül-Həcər sarayı dağıdılmış və onun yerində məscid inşa etdirilmişdir. Bu məscidin banisi isə Muvəhhid xəlifəsi Əbdülmömin (1130–1163) olmuşdur. Lakin tikilinin son halını alması Əbu Yusif Yəqub əl-Mənsurun hakimiyyəti dövrünə (1184–1199) təsadüf etmişdir.

Ölçüləri Məscidin ölçüləri 90×60 metrdir. Bu məscid eninə uzanan, mehrab divarına paralel yerləşən bir üfüqi nef və ona birləşən on yeddi şaquli nefdən ibarət ibadət məkanı, həmçinin bu məkanın davamı hesab edilən dördnefli portiklərin açıldığı bir həyətdən təşkil olunmuşdur.

İslam aləmində mövcud olan minarələrin ən möhtəşəmlərindən biri hesab edilən bu minarə 12,80×12,80 metr ölçülərində kvadrat formalıdır. Minarənin hündürlüyü 69 metr, üzərindəki ələm (metal təpə elementi) ilə birlikdə isə 77 metr təşkil edir.

Qalereya

İstinadlar

Kateqoriya:1195-ci ildə tamamlanmış binalar və tikililər Kateqoriya:Mərakeş məscidləri Kateqoriya:Mərakeş şəhəri Kateqoriya:Sünni məscidləri