Qızıl dövr — mədəniyyət tarixində hər hansı bir dövlətin, xalqın və ya mədəni ittifaqın böyük mədəni, həmçinin iqtisadi və siyasi yüksəliş dövrünü ifadə etmək üçün istifadə olunan metafora mənşəli bir anlayış.

İfadənin ilkin mənbəyi qədim Roma və qədim yunan şairləridir. Onlar bu ifadəni bəşəriyyətin və ya öz dövlətlərinin ən yaxşı, ən parlaq və firavan dövrlərini xarakterizə etmək üçün işlətmişdirlər.

Antik dövrlərdən bəri qızıl dövr haqqında məşhur bir əfsanə mövcuddur. Bu əfsanəyə görə, qədim zamanlarda insanlar çox daha yaxşı yaşamış — heç bir şeyə ehtiyac duymamış, xəstələnməmiş, bir-birləri ilə müharibə etməmiş və ən əsası, hamı bərabər olub hər şeyi öz aralarında qardaşcasına bölüşmüşdür. Hesab olunur ki, bu əfsanə cəmiyyətdə hələ varlı və kasıb, qul və ağa bölgüsünün olmadığı ibtidai icma quruluşuna dair idealizasiya edilmiş tarixi xatirələri özündə yaşadır.

İstinadlar

Kateqoriya:Qızıl dövr Kateqoriya:Tarixşünaslıq Kateqoriya:Nostalgiya