Smederevonun mühasirəsi — II Mehmedin Serbiyaya dördüncü yürüşü zamanı Smederevo qalasına qarşı həyata keçirdiyi hərbi əməliyyatdır.

Arxa plan 1458-ci ilin əvvəllərində Serbiya məsələsi yenidən gündəmə gəldi və serb zadəganları problemin həlli ilə bağlı müxtəlif mövqelərə bölündülər. Feodalların böyük bir hissəsi Osmanlı imperiyasının tərəfini tutdu. Onlar uzun müddət müqavimət göstərə bilməyəcəklərini anlayaraq katolik macarların hökmranlığındansa Osmanlı hakimiyyətini üstün tuturdular.

Osmanlı hökuməti bu hadisələrdən xəbər tutduqda Serbiya məsələsini qəti şəkildə həll etmək qərarına gəldi. 1458-ci ildə sultan Moreya yürüşünə gedərkən 1.000 yeniçərini Mahmud paşanın sərəncamına verdi və onları Serbiyaya göndərdi.

Mahmud paşa Smederevo ətrafındakı bir sıra mühüm qalaları ələ keçirdikdən sonra serblərin paytaxtı olan Smederevonu mühasirəyə aldı. O, şəhərin xarici müdafiə divarlarını tutmağa nail olsa da, əsas qalaya nəzarəti ələ keçirə bilmədi və mühasirəni dayandırdı.

Mühasirə Lakin Osmanlılar üçün Serbiyanın tamamilə Osmanlı əyalətinə çevrilməsi məqsədilə Smederevonun fəthi vacib idi. Buna görə də II Mehmed 1459-cu ildə şəhəri şəxsən fəth etmək üçün Sofiyaya gəldi və oradan Serbiyaya yürüş etdi. Sultanın yürüşü zamanı ona bəzi serb qüvvələri də dəstək göstərirdi.

II Mehmed Smederevo qarşısına gəldikdə şəhər müdafiəçiləri qalanın açarlarını sultana göndərərək himayə olunmalarını xahiş etdilər. Bu vəziyyət qarşısında Serbiya despotu Stefan Tomaşeviç 1459-cu ilin iyul ayının əvvəlində macar qoşunları ilə birlikdə geri çəkilməyə məcbur oldu.

Nəticələri Smederevonun süqutu Serbiyanın şimalındakı bütün kiçik qalaların da təslim olmasına səbəb oldu. 1459-cu ilin sonuna qədər bütün Serbiya II Mehmedin hakimiyyəti altına keçdi. Təxminən 200.000 serb əsir götürüldü və bununla da bölgədə dörd əsrdən artıq davam edəcək Osmanlı hakimiyyəti başlandı.

Smederevo sonradan Smederevo sancağının inzibati mərkəzinə çevrildi. Bu vəziyyət qonşu dövlətlər, xüsusilə də Macarıstan krallığı üçün ciddi təhlükə yaratdı. Daha sonra Smederevo qalası Belqradın fəthinə qədər Macarıstana qarşı həyata keçirilən Osmanlı yürüşlərinin əsas bazalarından biri olmuşdur.

İstinadlar

Kateqoriya:Macar-Osmanlı müharibələrinin mühasirəsi Kateqoriya:Macarıstanla bağlı mühasirələr Kateqoriya:Osmanlı İmperiyası ilə bağlı mühasirələr Kateqoriya:Orta əsrlərdə Serbiya ilə bağlı döyüşlər Kateqoriya:II Mehmedin döyüşləri Kateqoriya:Avropada hərbi qurğulara hücumlar Kateqoriya:1450-ci ildə Osmanlı imperiyası Kateqoriya:Avropa