Cebrail Makreçkis (, , , ) — Latviyalı peşəkar futbolçu.

Hazırda Azərbaycan Premyer Liqası təmsilçisi Qarabağ klubunda yarımmüdafiəçi kimi çıxış edir.

Cebrail Latviya və Almaniyanın ikili vətəndaşıdır. O, Aaxen şəhərində anadan olub və Almaniyada böyüyüb. Anası Latviyadandır, atası isə Mərakeş kökləri olan türk əsillidir. 2026-cı il FİFA Dünya Çempionatı ərəfəsində Misir milli komandasının baş məşqçisi Hossam Hassan tərəfindən yaxından izlənilmiş və komandaya cəlb olunmaq istənilmişdir. Lakin onun vətəndaşlıq statusu və FİFA qaydaları icazə vermədiyi üçün bu keçid baş tutmamışdır.

Klub karyerası

İlk illər Cebrail Makreçkis Bayer Leverkuzen klubunun yetirməsidir. 2010-cu ildə Leverkuzen klubunun uşaq futbol məktəbinə qoşulmuşdur. "Aspirinlərin" əsas heyətinə yüksələ bilməyən futbolçu, akademiyada olarkən 2017-ci ildə "Berqiş Qladbax" klubuna icarəyə verilmişdir. Almaniya gənclər Bundesliqasında debütünü, 11 avqust 2018-ci ildə Borussiya Münhenqladbax klubuna qarşı oyunda etmişdir.

Bonner 2019-cu ilin yayında karyerasında ilk peşəkar müqaviləsini imzalayaraq. Almaniya Regionalliqa Qərb dvizionunda yarışan "Bonner" klubuna keçmişdir. O, yeni klubunda ilk oyununa 3 avqust 2019-cu ildə "SV Lippstadt 08" komandasına qarşı 0–1 hesablı məğlub olduqları oyunda çıxmışdır. 3 noyabrda, o, 1. FC Köln komandasının ikinci komandasına qarşı 2:4 hesablı məğlub olduqları oyunda ilk qolunu vurmuşdur.

Borussiya Dortmund 2020-ci ilin yayında o, Borussiya Dortmundun ehtiyat komandasına keçdi. O, "qara-sarılar"ın heyətində ilk oyununa 23 sentyabr 2020-ci ildə "Videnbrük" komandası üzərində 4:1 hesablı qələbə qazandıqları matçda çıxmışdır. Ehtiyat komanda ilə Makreçkis uğurlu mövsüm keçirdi və komanda ilə birlikdə Almaniya 3-cü Liqasına yüksəldi. 24 iyul 2021-ci ildə o, 3-cü Liqada debüt etdi. "FSV Tsvikkau" komandasına qarşı 2:1 hesablı səfər qələbəsi qazandıqları matçın 79-cu dəqiqəsində Enriko Maassen tərəfindən Marko Paşaliçin yerinə meydana buraxıldı. "Borussiya Dortmund" klubunun ikinci komandasının heyətində 27 oyunda meydana çıxaraq 1 qol vurmuşdur.

Viktoriya 1889 Berlin 2021–22 mövsümünün qış transfer pəncərəsində (19 yanvar 2022-ci ildə) Makreckis daha çox oyun vaxtı əldə etmək üçün "Viktoriya 1889 Berlin" komandasına keçmişdir. Burada yarım mövsümdə 17 dəfə meydana çıxmışdır.

Pirin Blaqoevqrad 2022-ci ilin yayında Bolqarıstanın "Pirin Blaqoevqrad" klubuna keçmişdir. O, Bolqarıstranda debütünü 22 avqustda Ludoqorets komandasına qarşı oyunda etmişdir. "Pirin Blaqoevqrad" klubunun heyətində 23 liqa matçında meydana çıxşmış və 1 qol vurmuşdur.

Ferentsvaroş 8 iyun 2023-cü ildə o, Macarıstan klubu Ferentsvaroş ilə müqavilə imzalamışdır.

Macarıstanın Nemzeti Sport nəşrinə verdiyi müsahibəsində o, "Ferentsvaroş" üçün sağ müdafiəçi kimi oynamağı sevdiyini bildirdi. Endre Botka zədələndiyi və Henri Uinqo sağ müdafiəçi kimi oynamağa hazır olmadığı üçün Çaba Mate ondan bu mövqedə oynamağı xahiş etmişdir.

20 aprel 2024-cü ildə, 2023–24 mövsümünün 29-cu turu çərçivəsində "Groupama Arena" stadionunda baş tutan "Ferentsvaroş–Kişvarda" matçı qolsuz bərabərliklə başa çatdı, bu nəticə ilə "Ferentsvaroş"un 35-ci çempionluğunu qazanır və bu futbolçunun karyerasında ilk yüksək Liqa çempionluğu olur.

15 may 2024-cü ildə "Ferentsvaroş" Puşkaş Arenada keçirilən 2024 Macarıstan Kuboku Finalında "Pakş" komandasına 2–0 hesabı ilə məğlub oldu. 9 may 2026-cı ildə, Puşkaş Arenada keçirilən 2026 Macarıstan Kuboku Finalında "Ferentsvaroş" ilə "Zalaeqerseq" klubuna 1–0 hesabı ilə qalib gələrək 2025–26 mövsümünün qalibi olur və futbolçu karyerasında ikinci çempionluğu qazanır.

Qarabağ 5 iyul 2026-cı ildə Makreçkis Azərbaycanın ən böyük və ən uğurlu klubu olan, Qarabağ klubu ilə üçillik müqavilə imzalamışdır. "Köhlən atlar"ın heyətində futbolçu 25 nömrəli forma ilə çıxış edir.

Milli karyerası Makreçkis Latviyanın 19 yaşlılardan ibarət milli komandasının sabiq gənclər millisidir və Estoniyaya qarşı matçda əvəzedici kimi debüt etmişdir. Makreçkis Latviya U19 komandasının heyətində yeddi dəfə çıxış edərək bir qol vurmuşdur.

O, eyni zamanda Mərakeş, Türkiyə və Almaniya milli komandalarını təmsil etmək hüququna malikdir. Cebrail Makreçkis 2026-cı il FİFA Dünya Çempionatı ərəfəsində Misir milli komandası tərəfindən yaxından izlənilmiş və komandaya cəlb olunmaq istənilmişdir. Lakin FİFA qaydalarına görə komandaya qoşulmaq hüququ olmadığı üçün Misir millisinin heyətində Dünya çempionatına yollana bilməmişdir. Futbolçu özü də sosial şəbəkə hesabında Misir millisində oynamaq üçün cəhd etdiklərini, lakin FİFA qaydalarına görə bunun qeyri-mümkün olduğunu təsdiqləmişdir.

Oyun stili Daha çox müdafiənin sağ cinahında oynayan futbolçu, üçlü müdafiə sistemlərində mərkəz müdafiəçisi kimi də oynaya bilir. Həmçinin dördlü müdafiə sistemlərində sağ cinah yarımüdafiəçisi, mərkəz yarımüdafiəçisi kimi də oynaya bilir.

Karyera statistikası

Klub

KlubMövsümLiqaKubokKontinentalDigərCəmiDivizionOyunQolOyunQolOyunQolOyunQolOyunQolBonner İK2019–20Regionalliqa20100–00201Borussiya Dortmund II2020–21120––001202021–223. Liqa10––0010 Cəmi130000000130 Karyera cəmi331000000331

Uğurları Ferentsvaroş Nemzeti Bajnokság I: 2023–24, 2024–25 Macarıstan Kuboku: 2025–26

İstinadlar

Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Almaniyanın kişi futbolçuları Kateqoriya:Bayer 04 FK futbolçuları Kateqoriya:Birinci Peşəkar Futbol Liqası (Bolqarıstan) futbolçuları Kateqoriya:Bolqarıstanda legioner futbolçular Kateqoriya:Borussiya Dortmund FK futbolçuları Kateqoriya:Borussiya Dortmund II FK futbolçuları Kateqoriya:Ferentsvaroş FK futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Latviya futbolçuları Kateqoriya:Legioner Almaniya futbolçuları Kateqoriya:Macarıstan futbol çempionatının futbolçuları Kateqoriya:Macarıstanda legioner futbolçular Kateqoriya:Mərakeşin kişi futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Regionalliqa futbolçuları Kateqoriya:Türkiyə əsilli Almaniya şəxsləri Kateqoriya:Türkiyənin kişi futbolçuları