300px|thumb|right|Afurca məscidində şəcərə Azərbaycan şəcərələri — azərbaycanlıların müxtəlif soylarının (əsilzadələr, tayfa mənsubları, məşhurlar və s.) şəcərələri.

Tarixi 300px|thumb|left|Qara keşiş nəsli 300px|thumb|left|Quba xanlarının sülaləsi

Cənubi Qafqaz və tarixi Azərbaycanda yaşayan türklər orta əsrlərdən etibarən şəcərəçiliyə xüsusi münasibət göstərmişdir, bu sahə ilə məşğul olmuşdur. 1920-ci ilə qədər azərbaycanlıların əsilzadə soyları şəcərəçilik ənənəsini qoruyub saxlamışdır, ancaq sovet dövründə geneaologiya məsələsi daha çox aristokratiya ilə əlaqələndirildiyi üçün vacib hesab edilməmiş, bu istiqamətə diqqət arzuolunmaz hesab edilmişdir. 1920–1930-cu illərdə əsilzadə soylar öz şəcərə cədvəllərini özlərinə problem yaratmasın deyə məhv etmiş, ya da xaricə gedənlər bunu özləri ilə aparmışdır.

XIX əsrin 60-cı illərində Qazax qəzası soyları öz şəcərələrini Tiflis Bəy Komissiyasına təqdim etmişdilər. Bu fakta, həmçinin yazılı mənbə qeydlərinə əsasən demək mümkündür ki, ayrı-ayrı soylar öz evlərində şəcərə cədvəlləri saxlayırdı. Şəcərə cədvəllərinin uzunömürlü olması üçün aşılanmış ceyran dərisi material olaraq istifadə edilirdi. Deməli, XIX əsrdə şəcərəçilik mədəniyyəti davam etdirilirdi. Həmçinin rus hakimiyyətinin Qafqaz əsilzadə hüquqlarının tənzimlənməsi məsələsində şəcərəni sənəd kimi istifadə etməsi də bu sənədin əhəmiyyətini artırırdı.

Gəncə və Quba xanlarının şəcərəsi Hacı Seyid Əbdülhəmid tərəfindən tərtib edilmişdir. Bundan başqa Şəki, Şamaxı və Bakı xanlarının, İlisu sultanlarının şəcərəsi işlənmişdir.

1970-ci illərdən başlayaraq, soy-kök məsələsi vacib məsələ olaraq ortaya çıxanda şəcərə cədvəlləri ayrı-ayrı tədqiqatlara daxil edilmişdir. Məsələn, Ziya Bünyadovun "Azərbaycan Atabəyləri dövləti" əsərində Azərbaycan Atabəyləri və həmin dövrdə hakimiyyətdə olmuş digər sülalələr həm şəcərəvi, həm də sülaləvi qaydada təqdim olunmuşdur. Oqtay Əfəndiyev isə Səfəvilər və onlarla əlaqəli sultan sülalələrinin şəcərə cədvəllərinə diqqət ayırmışdır. Azərbaycan xanlıqları hökmdarlarının şəcərələrinə maraq 1980-ci illərdən bəri artmışdır. Sara Aşurbəyli isə "Bakı şəhərinin tarixi" əsərində daxil olduğu Aşurbəyovlar nəslini genealoji salnaməçilik yanaşması ilə təqdim etmişdir. Nəslin Nadir şahın əmizadəsi Aşur xan Əfşardan başlayan şəcərə cədvəli əsərə əlavə edilmişdir.

İsmayıl Umudlu hesab edir ki, Cənubi Qafqazın beş quberniyasının (Tiflis, Kutaisi, İrəvan, Yelizavetpol və Bakı) türk-müsəlman əhalisinin əsilzadə sinfinin nomenklaturası ciddi əsasda öyrənilməmişdir. Müasir dövrdə Azərbaycanda ayrı-ayrı əsilzadə soyları və şəcərələri haqqında kitablar, şəcərə topluları nəşr edilir, televiziya verilişləri hazırlanır və elektron məkanda soy şəbəkələri qurulur.

Professional Azərbaycan şəcərəçilərinin ilk dəstəsinə Eldar İsmayılov, Ədalət Tahirzadə, Kamran Qacar, Ənvər Çingizoğlu, İsmayıl Umudlu daxildir. Onların tədqiqatlarında, həmçinin "Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri" buraxılışlarında və "Soy" dərgisində ağalıq və bəylik soyları ilə bağlı olaraq bir çox material dərc olunmuşdur.

Mifik mənşə

Tayfa mənsubiyyəti

Zadəganlar

İstinadlar

Ədəbiyyat Umudlu, İsmayıl Balı oğlu. Azərbaycanın əsilzadə şəcərələri: Tiflis, Yelizavetpol və İrəvan quberniyalarının materialları əsasında: monoqrafiya / İ. B. Umudlu; elmi red. İ. Məmmədova; AMEA A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutu.- Bakı: Parlaq İmzalar, 2024.- 400 s.

Kateqoriya:Azərbaycan tarixşünaslığı