Aleksandr Alekseyeviç Nikişin (2 sentyabr 1895-ci il, Bakı — 10 mart 1939-cu il) — Azərbaycan neft sənayesinin qurucularından biri, Azərbaycan Neft İnstitutunun rektoru, sonradan İ.M.Qubkin adına Moskva Neft İnstitutunun rektoru.

Tərcümeyi-halı 2 sentyabr 1895-ci il Bakının Bakıxanov qəsəbəsində neftçi Aleksey Nikişinin ailəsində anadan olub. 1902—1917-ci illər kilsə [məktəb[]]ində təhsil, neft sahələrinin mexaniki emalatxanasında çilingər köməkçisi, çilingər, texniki məktəbdə təhsil, mexaniki emalatxanalarda çertyojçu. 1917-ci il — Rusiya Kommunist ( bolşeviklər) Partiyasına üzv olur. 1918-ci il — "Dəmir polk"da qırmızı döyüşçü. 1919—1920-ci il — Türkistan cəbhəsində RK(b)P Mərkəzi KOmitəsinin təlimatçısı. 28 aprel 1920-ci ildə Qırmızı Ordu tərkibində Bakıya daxil olur. 1920-ci il — Azərbaycan Həmkarlar İttifaqları Şurasının təşkilat şöbəsinin müdiri təyin edilir. 1921-ci il — Azərbaycan Həmkarlar İttifaqları nümayəndə heyətinin tərkibində Ümumrusiya Həmkarlar İttifaqlarının IV qurultayında iştirak edir. Vladimir Leninlə görüşür. Azərbaycan Həmkarlar İttifaqları Şurasının katibi seçilir. 1922-ci il — Zaqafqaziya həmkarlat ittifaqlarının I qurultayında ÜİHİMŞ Zaqafqaziya bürosunun üzvü seçilir; Azırbaycan dağ-mədən fəhlələri ittifaqının sədri seçilir. 1926-ci il — Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Bakı Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri təyin edilir. 1926-cı il — ÜİK(b)P XV konfransının nümayəndəsi seçilir. 1928-cı il — AK(b)P Bayıl-Bibiheybət Rayon Komitəsinin katibi seçilir 1929 — Azərbaycan Politexnik İnstitutunun direktoru təyin edilir. 1932 — Azərbaycan Heft İnstitutunun meft-sənaye fakültəsini ekstern yolla bitirir. 1933 — SSRİ Elmlər Akademiyası Neft Geoloji Kəşfiyyat İnstitutunun (Leninqrad ş.) direktoru təyin edilir. 1934 — İ.M.Qubkin adına Moskva Neft İnstitutu direktoru əvəzi təyin edilir. 1937 — Sağlamlığına görə vəzifəsindən azad edilir. Fərdi təqaüdçü. 1938 — DİXK orqanları tərəfindən həbs edilir. 1939 — " Xalq düşməni" kimi güllələnir. Don qəbrstanlığında 1 saylı ümumi qəbrdə dəfn rdilib. 1956 — Ölümündən sonra bəraət alır.

Ədəbiyyat Портретная галерея Российского государственного Университета нефти и газа имени И. М. Губкина, 2010 «Губкинцы гордятся ими…» Александр Алексеевич Никишин, Москва 2000

Kateqoriya:SSRİ neftçiləri Kateqoriya:Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektorları