Şişli məscidi () — İstanbulun Şişli səmtində, Böyükdərə prospekti, Halaskargazi küçəsi və Abide-i Hürriyyət küçəsi arasında Şişli meydanında yerləşən məscid.

Tarixi 1940-cı illərdə İstanbul şəhərinin sürətli genişlənməsi ilə şəhər ərazisinə daxil olan Şişli bölgəsində heç bir məscidin olmaması səbəbindən sakinlər məscid tikilməsini tələb ediblər. Bələdiyyə sədri Lütfi Kırdarın təşəbbüsü ilə 3,219 $m^2$ (34,650 kv. fut) sahəsi olan torpaq sahəsi simvolik bir qiymətə məscidin mütəvəllilərinə (himayədarlarına) verilib. Memar Əli Vasfi Egeli tərəfindən klassik Osmanlı memarlıq üslubunda layihələndirilən məscidin tikintisinə 1945-ci ildə başlanılıb və 1949-cu ildə ibadətə açılıb.

Bu məscid, İstanbulda 1923-cü ildən sonra, Respublika dövründə tikilmiş ilk məsciddir.

Kobud dənəli qumdaşı (yonulmuş daş) materialından tikilən məscid üç qapısı olan hörülmüş həyətdə yerləşib. Bina tağlı giriş eyvanına malikdir, üç yarımbölmə ilə əhatə olunmuş əsas qübbə ilə tamamlanıb və müqərnəsli bir şərəfəsi (qalereyası) olan minarəyə sahibdir. Mıxlanmış əsas giriş qapısının üzərində Həmid Aytaç (1891–1982) tərəfindən yaradılmış ərəb qrafikalı xəttatlıq yazısı yerləşdirilib. Həyətin mərkəzində dəstəmaz almaq üçün su paylayan onikibucaqlı şadırvan yerləşib. Həyətdə həmçinin imam, müəzzin, digər məscid rəsmiləri üçün otaqlar və bir kitabxana mövcuddur. Məscidin girişinə pilləkənlərlə qalxılır. Daxildə, mərkəzdə mərmər fəvvarə var. Girişin hər iki tərəfində skamyalar qoyulub. Döşəmə qızılgül rəngli xalça ilə örtülüb və altdan isitmə sistemi ilə təchiz edilib. Tavan bəzədilib. Daxili divarlarda xəttatlıq yazıları var. Mərmərdən hazırlanmış mehrabın üzərindəki pəncərələr isə vitrajdan (rəngli şüşədən) hazırlanıb. Qalereya

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Şişli Kateqoriya:İstanbul məscidləri Kateqoriya:XX əsr məscidləri