Əbu Məhəmməd Abdullah ibn Vəhb ibn Müslüm əl-Fihri əl-Misri (; ) — Malik ibn Ənəsin tələbəsi, fəqih və mühəddis.

Həyatı İbn Vəhb hicri 125-ci (743) ildə Qahirədə doğulmuşdur. Bəni-Fihr qabiləsinin mövlasıdır.

Malik ibn Ənəs, Leys ibn Səd, Süfyan əs-Səvri, Süfyan ibn Uyeynə, İbn Cüreyc və başqa alimlərdən təhsil almış, Nafi ibn Əbdürrəhmandan ərz yolu ilə qiraət öyrənmişdir.

İbn Vəhbdən Əbdürrəhman ibn Mehdi, Əsbəğ ibn Fərəc, Abdullah ibn Əbdülhəkəm, Məhəmməd ibn Abdullah ibn Əbdülhəkəm, Rəbi ibn Süleyman əl-Muradi, Səhnun və başqa alimlər hədis rəvayət etmişlər. Onun müəllimləri olan Leys ibn Səd və Malik ibn Ənəs də ondan hədis nəql etmişlər.

İbn Vəhb hicri 197-ci (813) ildə Qahirədə vəfat etmişdir. Bəzi mənbələrdə isə onun 195 və ya 196-cı hicri ildə öldüyü də qeyd edilir.

Müəllimləri Onun təxminən 400 müəllimindən dərs aldığı və ya hədis dinlədiyi alimlər arasında, ilk dəfə 144-cü (762) ildə həcc ziyarətini yerinə yetirərkən tanış olduğu və ölümünə qədər əlaqə saxladığı Malik ibn Ənəs ilə Leys ibn Səd xüsusi yer tuturdu. Bir rəvayətə görə 24, başqa bir rəvayətə görə isə 36 dəfə həccə getmiş və hər dəfə Malik ibn Ənəslə görüşmüşdür. Ona çatan hədisləri Malik ibn Ənəsə və Leys ibn Sədə təqdim edir, onların qiymətləndirmələrinə böyük əhəmiyyət verirdi. Buna görə mənbələrdə onun belə dediyi qeyd olunur:

Həmçinin qeyd edilir ki, Malik ibn Ənəs ona xüsusi hörmət göstərmiş, adəti olmadığı halda ona məktub yazaraq bəzi məsələlərdə fikrini soruşmuşdur.

İbn Vəhb, Malik ibn Ənəsin görüşlərini ən yaxşı bilən alimlərdən biri hesab olunurdu. Hətta Malik ibn Ənəs vəfat etdikdən sonra onun bir məsələ ilə bağlı fikri barədə ixtilaf yarandıqda, Mədinə alimləri ya İbn Vəhbə məktub yazır, ya da onun Mədinəyə gəlməsini gözləyirdilər. Bəzi alimlər onun, Maliki məzhəbini sistemləşdirən İbn əl-Qasımdan daha dərin fiqh biliyinə malik olduğunu irəli sürmüşlər. Tələbələrindən Əsbəğ ibn Fərəc də bildirirdi ki, Malik ibn Ənəsin tələbələri arasında sünnə və hədis rəvayətlərini ən yaxşı bilən şəxs İbn Vəhb idi.

Onun hədis elmindəki etibarlılığı səbəbindən dərslərinə böyük maraq göstərilirdi. Hətta bir dəfə dərs zamanı yaranan sıxlıq və izdiham nəticəsində İbn Vəhb yaralanmış, buna görə bir daha hədis rəvayət etməyəcəyinə and içmişdi. Lakin sonradan kəffarə verərək bu andını pozmuş və dərslərini davam etdirmişdir.

Əsərləri İbn Vəhbin qələmə aldığı əsərlərindən bəziləri bunlardır:

Əl-Cəmi fil-hədis, Təfsirül-Quran, Kitabül-Qədər və mə vərədə fi zalikə minəl-əsar.

İstinadlar

Kateqoriya:VIII əsr Misir şəxsləri Kateqoriya:IX əsr Misir şəxsləri Kateqoriya:IX əsr elm adamları