Əbdüləziz ibn Yəhya ibn Əbdüləziz əl-Kinani əl-Məkki (; ) və ya Əbdüləziz əl-Kinani () — əş-Şafiinin tələbəsi, fəqih və kəlam alimi.
Həyatı Əbdüləziz ibn Yəhya əl-Kinaninin hicri 160-cı (777) ildən sonra dünyaya gəldiyi güman edilir. Ləqəbi "Qul"dur.
O, Süfyan ibn Uyeynə, əş-Şafii və başqalarından təhsil almışdır.
Ondan Əbül-Əyna Məhəmməd ibn Qasım, Əbu Bəkr Yaqub ibn İbrahim ət-Teymi, Hüseyn ibn Fəzl əl-Bəcəli kimi şəxslər hədis rəvayət etmişdir.
Mihnə hadisələri vaxtı Bağdada yollanan Əbdüləziz ibn Yəhya əl-Kinani, burada Abbasi xəlifəsi Məmunun hüzurunda Mötəzilə alimi Bişr ibn Qiyas əl-Mərisi ilə (Quranla bağlı) elmi debat etmişdir. O, Bağdada gəlişini, şahidi olduğu hadisələri və etdiyi münazirəni (elmi debat) "Kitabül-Həydə" adlı əsərində qeyd etmişdir.
Əbdüləziz ibn Yəhya əl-Kinaninin hicri 233–240-cı (848–854) illər aralığında vəfat etdiyi güman edilir.
Əsərləri Yeganə əsəri "Kitabül-Həydə"dir və ilk dəfə 1907-ci ildə Qahirədə bir məcmuənin tərkibində çap edilmişdir.
İstinadlar