"Devdas" () — musiqili melodrama. Rejissor Sancay Lila Bhansalinin filmi. Hindistanda istehsal olunmuş ən bahalı filmlərdən biri. Film Sarat Çandra Çattopadhyenin 1917-ci ildə yazdığı eyniadlı roman əsasında çəkilmişdir. Bu filmlə roman dördüncü dəfə ekranlaşdırılmış olur.
Məzmun Zamindara Narayanna Mukhercinin oğlu Devdas, var-dövlətin insan həyatından üstün tutulduğu bir aləmdə böyüyüb. Onun uşaqlıq dostu gözəl qız Paro olmuşdur və onlar Tac Sonapur kəndində yaşayırlar. Devdas Londona oxumağa gedəndə Paronun bütün arzuları puç olur. Devdas Londondan qayıdır. İndi o, Qərbin adətləri ilə yetişmiş insandır. Paro hələ də onu gözləyir və sevir. Lakin onların arasında fərq böyükdür. Zamindara ailəsinin qərarı iki sevgilini bir-birindən ayırır. İntiqam alacağına and içən Paro çox varlı bir ailənin oğlu ilə ailə həyatı qurur. Sevgi yolunda zəiflik və qorxaqlıq göstərən Devdas ailəsi tərəfindən haqsızlığa məruz qalır. Bütün ümüdləri puça çıxan Devdas evdən gedir və içkiyə qurşanır. Bu yolda o, rəqqasə qadın Çandramuhi ilə tanış olur, lakin Paronu unuda bilmir...
Film haqqında
Film Beynəlxalq Kann Kinofestivalında nümayiş etdirilmişdir. Romanın ilk ekran həlli 1928-ci ildə kinonun səssiz dövründə olub. Amma 1936-cı il versiyası daha məşhur olur. Film çox böyük rəğbətlə qarşılanır. 1955-ci ildə Bimal Roy yenidən “üç ürəyin faciəsini” ekrana gətirir. Devdas roluna aktyor Dilip Kumar dəvət olunur. Qərbdə faciə hekayəti kimi Romeo və Cülyetta mövzusu necə şöhrət tapmışdısa, Hindistanda da Devdas elə maraq yaradır. Film aktrisa Madhuri Dikşitin çəkildiyi sonuncu filmidir. Filmin çəkilişindən sonra aktrisa ailə həyatı qurmuş və kino sənayesindən uzaqlaşmışdır.
Mükafatlar
2003 – Zee Cine Awards 2003 – Screen Weekly Awards 2003 – National Film Awards, India 2003 – NatFilm Festival 2003 – MTV Asia Awards 2003 – Filmfare Awards 2003 – BAFTA Awards (nominasiya) 2003 – Awards of the International Indian Film Academy 2003 – British Academy (nominasiya)
Film üzərində işləyənlər
Ssenari müəllifi : Sancay Lila Bhansali Rejissor : Sancay Lila Bhansali Operator : Vinod Pradhan Prodüser : Bharat Şah Bəstəkarlar : İsmayıl Dərbər, Monti Şarma
Rollarda
Aktyor Rol Şahrux Xan Devdas Mukherci Madhuri Dikşit Çandramuki Ayşvariya Ray Paro / Parvati Ceki Şrof Çunilal Kiron Kher Sumitra Smita Caykar Kauşalya Tiku Talsaniya Dharamdas Vicayendra Qhatqe Bhuvan Çoudri Milind Qunaci Kalibabu Vicay Krişna Naraian Muherci Moksit kiçik Devdas Bansari Madhani kiçik Paro
Xarici keçidlər
"Devdas" filminin rəsmi saytı «Девдас» — новое индийское кино "Devdas" "İndia-tv" saytında «3 Девдаса» (статья о фильмах «Девдас» 1935, 1955 и 2002 годов выпуска)
Kateqoriya:Hindistan filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Melodram filmləri Kateqoriya:Rəngli filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:2002-ci ilin filmləri Kateqoriya:Faciə filmləri Kateqoriya:Hindcə filmlər Kateqoriya:Benqalca filmlər Kateqoriya:Hindistanın romantik dram filmləri Kateqoriya:Hindistanın musiqili filmləri Kateqoriya:Hindistanın musiqili dram filmləri Kateqoriya:1900-cü illər haqqında filmlər Kateqoriya:Alkoqolizm haqqında filmlər Kateqoriya:Mumbayda çəkilmiş filmlər Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:Dramlar