Herve Leger ()Susan Ashbrook Will Work for Shoes: The Business Behind Red Carpet Product Placement — 2011 "A few years after Herve Leger sold his company (and his name) to BCBG, he started over with a new fashion business called Hervé L. Leroux. His new name literally translates to "Hervé with red hair, « which accurately describes the designer» — dizayner Erve Leru tərəfindən əsası qoyulmuş Fransa moda evi.

Tarixi 180px|thumb|Freya Beha Eriksen sarğı paltarında. Sentyabr 2008-ci il.

"Hervé Léger" moda evinin əsası 1985-ci ildə qoyulmuşdur. Elə həmin il dizayner Parisin Pelikan küçəsində brendin ilk butikini açmışdır. Bu hadisədən bir neçə il əvvəl Erve "Tan Guidecelli" moda evinin təsisçisi Ten Qyudiçellinin yanında assistent kimi çalışmışdır. Ervenin tərəfdaşı Karl Lagerfeld marketinq məqsədilə, müştərilərin tələffüzünü asanlaşdırmaq üçün dizaynerə soyadını Leje olaraq dəyişməyi məsləhət görmüşdür (buna qədər o, Erve Pöne kimi tanınırdı). Sonradan dizayner soyadını bir daha dəyişərək "Erve Leru" olmuşdur.Hervé L. Leroux escamote Hervé Léger 8 June 2000 «Il y a quinze ans, alors qu’il travaillait avec Karl Lagerfeld, aux tout premiers temps de la collaboration du couturier avec Chanel, Hervé Léger s’appelait encore Hervé Peugnet. Un nom imprononçable pour les Américains. Karl Lagerfeld lui suggère vivement d’en changer pour quelque chose de plus léger: „Pourquoi pas Hervé Léger?“ Le temps de s’habituer à ce nouveau patronyme et le voilà qui fait son chemin et file vers la gloire en se forgeant une réputation grâce à ses fameuses robes bandelettes qui emballent si bien Karen Mulder, Naomi Campbell et les stars hollywoodiennes.»

1989-cu ildə moda evi elastan və laykradan hazırlanmış xüsusi lentlərin köməyi ilə bədən quruluşunu korreksiya edən, "bandaj donu" adlanan geyimi ixtira etməklə məşhurlaşmışdır. Müxtəlif üsullarla bir-birinə hörülmüş zolaqlardan ibarət bandaj donu ideyası təsadüfən yaranmışdır: Erve Leru uzun müddət gələcək kolleksiyasının obrazını müəyyənləşdirə bilməmiş və bir anın içində qeyri-ixtiyari olaraq geyim bəzəkləri üçün nəzərdə tutulan lentləri manikenin üzərinə sarımağa başlamışdır. Sonradan bandaj donları "Hervé Léger" brendinin vizit kartına çevrilmişdir. Moda evinin geyimlərinin digər fərqləndirici xüsusiyyətləri asimmetriya, futurizm və parça üzərində işıq oyunları olmuşdur.

1995-ci ildə şirkət Rolan Petinin "Qu gölü" və "Kamera obskura" tamaşaları üçün səhnə geyimləri kolleksiyasını buraxmışdır. 1998-ci ilin sentyabrında moda evi "BCBG Max Azria Group" şirkəti tərəfindən satın alınmışdır (səhmlərin 50%-i hələ 1992-ci ildə alınmışdı). Bu, tarixdə ilk dəfə fransız kuturyesinin amerikalı dizayner tərəfindən satın alınması hadisəsi olmuşdur. Sövdələşmədə məsləhətçi qismində dizayn sahəsi üzrə ixtisaslaşmış tanınmış investisiya bankı "Ohana & Co." çıxış etmişdir. 2005-ci ildə brendin ətriyyat xəttinin fəaliyyətinə başlanılmışdır. Herve Leger brendi altında ətir və qadın geyimlərindən əlavə, həmçinin ayaqqabı, çanta, pulqabı, kəmər və alt paltarları da istehsal edilmişdir. 2007-ci ilin aprelində Maks Azriya yay kolleksiyasından başlayaraq "Hervé Léger" brendini yenidən fəaliyyətə daxil etmişdir. Kolleksiya yalnız bir neçə ixtisaslaşdırılmış butikdə satışa çıxarılmışdır.

2007-ci ilin avqustunda Beverli-Hillzdə "Hervé Léger" butiki açılmışdır. Sonradan Las-Veqas və Nyu-Yorkda da monobrend butiklər fəaliyyətə başlamışdır.

2008-ci ilın fevralında Maks Azriya Nyu-York Yüksək Dəb Həftəsində "Hervé Léger by Max Azria" kolleksiyasını təqdim etmişdir. 2011-ci ildə yaz-yay kolleksiyası təqdim olunmuşdur ki, bunun da nümayişində Jaklin Yablonski, Toni Qarrn, Freya Exerika Eriksen, Emma Heminq-Villis və başqaları iştirak etmişdirlər.

2013-cü ilin yanvarında Erve Leru 1858-ci ildən bəri aristokratiya və cəmiyyətin yüksək maliyyə təbəqəsi üçün geyimlər hazırlayan moda evlərinin birliyi — Yüksək Dəb Sindikatının üzvü olmuşdur. Elə həmin il Moskvada "Herve Leger" butiki açılmışdır.

2014-cü ilin fevralında Filippinin paytaxtı Manilada növbəti "Herve Leger" butikinin açılışı baş tutmuşdur.

İstinadlar

Kateqoriya:Baş qərargahı Parisdə yerləşən şirkətlər Kateqoriya:Lüks brendlər