Məcməuz-Zəvaid () və ya tam adı ilə Məcməuz-Zəvaid və mənbəul-fəvaid () — beş zəvaid əsərini özündə ehtiva edən əsər.
Müəllif Əsərin müəllifi Nurəddin əl-Heysəmidir.
Əsər Müəllif Əhməd ibn Hənbəl, Bəzzar və Əbu Yalə əl-Mövsilinin müsnədləri ilə Təbəraninin mucəmlərini "Kütubi-Sittə"yə zəvaidlərini beş əsərdə cəm etmişdir. Daha sonra müəllimi Zeynəddin əl-İraqinin tövsiyəsi ilə bu əsərlərdəki rəvayətlərdən səhabələrin xaricindəki şəxsləri çıxararaq bu əsəri ərsəyə getirmiş və adını "Məcməuz-Zəvaid mənbəul-fəvaid" qoymuşdur.
Əsər 44 kitab, 3642 bəb (hissə) və 18776 hədisdən ibarətdir. Əsərdəki rəvayətlər məvkuf, məqtu, zəif və hətta mövzu (uydurma) belə olsa, müəllif bunları mənbələrdə keçdiyi kimi götürmüş, lakin bütün rəvayətlərin səhabələr xaricindəki şəxslər haqqında cərh və tədil məlumatlarını təqdim edərək, onların etibarlılığını nümayiş etdirməyə çalışmışdır. Müəllif həmçinin hədislərin hansı kitabdan götürüldüyünü də qeyd etmişdir.
Müəllif ravilar haqqında məlumatlar təqdim edərkən "Kitabus-Siqat" ilə "Mizənül-itidəl" əsərlərindən istifadə etmişdir.
Əlyazmaları dünyanın müxtəlif kitabxanalarında saxlanılan əsərin, ilk nəşri Dehlidə həyata keçirilmişdir.
Həmçinin bax Sünni kitablarının siyahısı
İstinadlar
Kateqoriya:Hədis kitabları Kateqoriya:Hədislər Kateqoriya:Sünni ədəbiyyatı Kateqoriya:Sünni hədis topluları