Qrete İnqmann (, qızlıq soyadı: Klemmensen, ; ) — Danimarka müğənnisi. Həyat yoldaşı ilə yaratdığı duet çərçivəsində 1963-cü il Avroviziya Mahnı Müsabiqəsinin qalibi olmuşdur.

On yeddi yaşından etibarən Riçard Qrauenqardın orkestri ilə çıxış etməyə başlamışdır. 1956-cı ildə caz gitaraçısı Yörgen İnqmann ilə ailə həyatı qurmuş və bu evlilikdən yaranan duet qısa müddətdə Skandinaviyada populyarlıq qazanmışdır. 1963-cü ildə "Dansk Melodi Grand Prix" müsabiqəsində qalib gəldikdən sonra bu duet Danimarkanı Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və burada da "Dansevise" mahnısı ilə birinci yeri qazanmışdır. Duet fəaliyyətini dayandırdıqdan sonra Qrete Inqmann 1978–1980-ci illərdə "Dansk Melodi Grand Prix" müsabiqələrində olduqca uğurla iştirak etmişdir.

Yörgen İnqmann ilə 1975-ci ilə qədər evli olmuşdur. Müayinə olunduğu xərçəng xəstəliyi səbəbindən 1990-cı ildə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Avroviziya Mahnı Müsabiqəsinin qalibləri Kateqoriya:Danimarka müğənniləri Kateqoriya:Danimarkanın "Avroviziya" təmsilçiləri