Linda Martin (; ) — Şimali İrlandiya müğənnisi və teleaparıcısı. 1992-ci ildə İrlandiyanı "Why Me?" mahnısı ilə təmsil edib 1992 Avroviziya Mahnı Müsabiqəsinin qalibi olaraq tanınıb və bununla da İrlandiyanın ardıcıl üç rekord qələbəsindən birincisinə imza atıb. O, həmçinin İrlandiyada "Chips" qrupunun üzvü kimi də məşhurlaşıb. Həyatı Linda Martin musiqi karyerasına 1969-cu ildə, tezliklə İrlandiyanın aparıcı kollektivlərindən birinə çevrilən "Chips" qrupunda başlayıb.Sources seem to vary on Martin's date of birth. On 14 April 2019, the Sunday Independent stated that Martin was 72. On 21 April 2019, the Sunday Independent writer noted that Martin had "contacted us to say she was actually 67 on March 27" 1972-ci ildə Linda "LyttlePeople" qrupuna keçsə də, bir ildən sonra yenidən "Chips" qrupuna qayıdıb. 1983-cü ildə "Edge of the Universe" mahnısı ilə Kastlbardakı mahnı müsabiqəsinin qalibi olub və bundan sonra solo karyerasına başlayıb. İrlandiya ifaçıları arasında rekord göstərici olaraq, doqquz dəfə Milli Mahnı Müsabiqəsində iştirak edib. Linda bu müsabiqədə iki dəfə qalib gəlib və müvafiq olaraq ölkəsini iki dəfə "Avroviziya" mahnı müsabiqəsində təmsil edib.Chips m irish-showbands.com; accessed 14 October 2016.

Martinin 1984-cü il müsabiqəsindəki ilk çıxışı ona "Terminal 3" mahnısı ilə ikinci yeri qazandırıb, 1992-ci il müsabiqəsindəki ikinci çıxışı isə "Why Me" mahnısı ilə qələbə gətirib. Qeyd edək ki, Avroviziyanın ikiqat qalibi Conni Loqan tərəfindən yazılmış bu mahnılardan birincisi İrlandiya hit-paradında yeddinci yeri tutub, ikincisi isə hit-paradın liderinə və bir çox ölkələrdə hitə çevrilib.

2000-ci illərdə İrlandiya televiziyasında bir sıra viktorina və şouların aparıcısı olub. Şəxsi həyatı Linda Martin 1970-ci illərin əvvəllərindən 1980-ci illərin ortalarına qədər musiqiçi Pol Littl ilə münasibətdə olub.

Şərqi Belfastdakı uşaqlıq illərindən bəri heyvanlara böyük sevgi bəsləyib və hazırda Dublinin şimalında itlər üçün sığınacaq idarə edir.

2025-ci ilin fevralında Martin adı açıqlanmayan bir siyasi partiya tərəfindən 2025-ci il İrlandiya prezident seçkilərində namizədliyini irəli sürmək barədə təklif aldığını açıqlayıb.

Diskoqrafiyası Sinqları İL Sinql Irish Charts1971"Today I Killed a Man"- "Sock It to 'Em Sister Nell"- 1973 "Open Your Eyes"-1974 "King Kong"(as Lily and Chips)- "My World"-1975 "Love Matters"6 "Twice a Week"13 1976 "I'm a Song (Sing Me)"-1977 "Shine a Light"- "Goodbye Goodbye"21978 "Here in My Arms" (or "It's Over")- "The Sooner The Better"-1980 "Automobile"- 1981 "New Romance (It's a Mystery)"- 1982 ":en:David's Song (Who'll Come With Me)"13 "Hi-Lowe"-

Solo sinqları İl Sinql Leybl Irish Charts 1983 "Edge of the Universe"Lunar201984"Terminal 3"CBS7 "Body Works"19 1987 "Miles of Eyes"Mystery records-1988 "Liffey Tinker"Plaza- "Hiding from Love"EMI221989 "Impossible to Do"Plaza- 1990 "Where the Boys Are"K-Tel19 1991 "Did You Ever?" (Mick McCarthy ilə birlikdə)15 1992 "Why Me?"Columbia1 2016 "Why Me? Remixed"Energise- 2017 "Won't Stop"Powerworld Music-

"Niyə mən?" mahnısı həmçinin Böyük Britaniyanın "Singles Chart"ında 59-cu, Hollandiyanın "Singles Chart"ında isə 29-cu yerə yüksəlib.

İstinadlar

Xarici keçidlər

"Why Me?" lyric "Terminal 3" lyric

Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:İrlandiyanın "Avroviziya" təmsilçiləri