Mustafa Tezcan — Türk tulum sənətçisidir. Dinamik və sərt olan özünəməxsus bir tulum ifa tərzi vardır.

Həyatı Tezcan 1926-cı ildə Rize'nin Pazar ilçəsinə bağlı Derebaşı kəndində Laz kökənli bir ailədə doğulmuşdur. Sessizdereli Mecit Karahan'dan tulum çalmağı öyrənmişdir. 1950-ci ildə bir festivalda iştirak edərək komandası ilə Türkiyə birincisi olmuşdur və qızıl medal qazanmışdır. 1955-ci illərdə Ankaraya köçdü və TRT Ankara Radiosunda tulum ifa etməyə başladı. Daha sonra müzikoloq Kurt Reinhard onun ifalarını qeydə alaraq elmi işlərində istifadə etmişdir. Tezcan həmçinin 45-lik plakatlar da çıxarmışdır. Həyatının son illərini doğulduğu kənddə keçirdi və 2001-ci ildə vəfat etmişdir.

İstinadlar