Klod Kiambe (), daha çox Claude kimi tanınır () — konqomənşəli Niderland müğənnisi və mahnı müəllifi. Onun "Ladada (Mon dernier mot)" adlı debüt sinqlı 2022-ci ildə Niderlandın sinql qrafiklərində birinciliyə yüksəlmiş, daha sonra isə ifaçının hit-paradlara daxil olan daha dörd sinqlı işıq üzü görmüşdür. Yaradıcısının "Parler français" adlı debüt albomu 2024-cü ildə buraxılmışdır. O, "C'est la vie" mahnısı ilə 2025 Avroviziya Mahnı Müsabiqəsində Niderlandı təmsil etmişdir.
Erkən illəri və təhsili Kiambe 16 sentyabr 2003-cü ildə Konqo Demokratik Respublikasının Boma şəhərində anadan olmuşdur. Doqquz yaşında olarkən anası, bacı və qardaşları ilə birlikdə Niderlanda pənah gətirmiş, ailə ilkin olaraq Alkmar şəhərindəki sığınacaq axtaranların yerləşdirilməsi mərkəzində məskunlaşmışdır. Daha sonra ailə Enkhauzen şəhərinə köçmüş və Kiambe burada HAVO orta təhsil diplomunu almışdır. Sonradan otel menecmenti ixtisası üzrə təhsil almağa başlamış, lakin təhsilini yarımçıq qoymuşdur. İfaçı niderland, fransız və ingilis dillərini bilir.։ Խոսում է նիդերլանդերեն, ֆրանսերեն և անգլերեն
Karyerası Kiambe 2019-cu ildə "The Voice Kids" layihəsinin səkkizinci mövsümündə iştirak etmiş və duel mərhələsində yarışı tərk etmişdir. Növbəti il "Are You Next?" kastinq şousunda qalib gələrək "Cloud 9" səsyazma leyblı ilə müqavilə imzalamışdır.
2022-ci ildə Kiambe Niderlandın "Dutch Top 40" qrafikinə başçılıq edən "Ladada (Mon dernier mot)" adlı debüt sinqlını təqdim etmişdir. Bu kompozisiya ona bir neçə mükafat, o cümlədən "Ən yaxşı yeni ifaçı" nominasiyasında "3FM Award" və "Qmusic" tərəfindən təqdim olunan "İlin artisti" mükafatını qazandırmışdır. Musiqiçi Stromae və Lyuis Kapaldini özünün ilham mənbələri sırasına daxil etmişdir. Onun "Ziggo Dome" arenasında keçirilməsi planlaşdırılan "Stromae" konsertlərinin açılışını etməsi nəzərdə tutulmuşdur, lakin "Stromae"nin səhhətində yaranan problemlər səbəbindən bu tədbirlər ləğv edilmişdir.
19 dekabr 2024-cü ildə Niderlandın "AVROTROS" yayım şirkəti Kiambenin Avroviziya 2025 mahnı müsabiqəsində Niderlandı təmsil edəcəyini açıqlamışdır.<ref></ref Onun müsabiqə mahnısı olan "C'est la vie" 27 fevral 2025-ci ildə təqdim olunmuşdur. Müsabiqənin final mərhələsində o, 26 iştirakçı arasında 12-ci yeri tutmuşdur.
İstinadlar
Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:2025 Avroviziya Mahnı Müsabiqəsi iştirakçıları Kateqoriya:Niderland müğənniləri Kateqoriya:Niderlandın "Avroviziya" təmsilçiləri