Krunoslav "Kiço" Slabinats (; ) — Yuqoslaviya və Xorvatiya müğənnisi və mahnı ifaçısı.

Həyatı Krunoslav Slabinats 28 mart 1944-cü ildə Osiyek şəhərində anadan olmuşdur.

1960-cı illərdə Slabinats bir neçə rok-n-rol qrupunun üzvü olmuşdur. Daha sonra o, pop ifaçısı olmağa qərar vermiş və Zaqrebə köçmüşdür. Klubların birində çıxış edərkən musiqiçini Nikitsa Kalocera bəyənmiş və 1969-cu ildə Splitdə keçirilən festivalda ona yeni ifaçı kimi çıxış etmək imkanı yaratmışdır. Bir il sonra, 1970-ci ildə Slabinats Opatiya festivalında birincilik mükafatına layiq görülmüşdür. O, 1971-ci ildə "Avroviziya" mahnı müsabiqəsində Yuqoslaviyanı "Tvoj dječak je tužan" mahnısı ilə təmsil edərək 14-cü yeri tutmuşdur.

Slabinatsın "Zbog jedne divne crne žene" adlı mahnısı böyük populyarlıq qazanaraq onun müğənni statusunu möhkəmləndirmişdir, lakin 1970-ci illərdə hüquqi problemlər və xaricdə keçirdiyi vaxt səbəbindən karyerasında tənəzzül yaşanmışdır. Amerika Birləşmiş Ştatlarından qayıtdıqdan sonra Slabinats pop səhnəsində fəal çıxışlarını davam etdirsə də, daha çox xalq musiqisinə üstünlük vermişdir.

İfaçının "Letaj mi" mahnısı Makedoniyada böyük populyarlıq qazanmışdır. Bu uğura əsas səbəb həmin kompozisiyanın 1989-cu ildə "Makfest" festivalında xüsusi olaraq makedon dilində ifa edilməsi olmuşdur. Slabinats uzun sürən və ağır xəstəlikdən sonra 13 noyabr 2020-ci ildə Zaqreb şəhərində vəfat etmişdir.

Diskoqrafiya 1971 — Tvoj dječak je tužan 1975 — Hej bećari 1978 — Pusti noćas svoje kose 1979 — Seoska sam lola 1984 — Krunoslav Slabinac 1984 — Christmas with Kićo 1985 — Stani suzo 1986 — Da l' se sjećaš 1987 — Oj, garava, garava 1988 — Tiho, tiho uspomeno 1991 — Za tebe 1995 — Ako zora ne svane 1995 — Sve najbolje 2006 — Zlatna kolekcija 2008 — Dignite čaše svatovi 2015 — 50 originalnih pjesama

İstinadlar

Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Xorvatiya müğənniləri Kateqoriya:Yuqoslaviya müğənniləri