Vlad Sabajuk (; ), daha çox Satoshi səhnə adı ilə tanınır — Moldova müğənnisi, reperi, bəstəkarı və mahnı müəllifi. O, Vyana şəhərində keçirilən 2026-cı il Avroviziya Mahnı Müsabiqəsində Moldovanı təmsil etmiş və 226 xal toplayaraq 8-ci yeri tutmuşdur.
Həyatı Vlad Sabajuk 13 sentyabr 1998-ci il tarixində Moldovanın Kaul şəhərində anadan olmuşdur. Musiqiyə olan marağı erkən yaşlarından büruzə vermişdir. Vladı qeyd etmişdir ki, o, yeddinci sinifdə oxuyarkən özünün ilk mahnılarını yazmağa başlamış və özfəaliyyət yolu ilə nağarada ifa etməyi öyrənmişdir.
Musiqi karyerası 2019-cu ildə Musiqi, Teatr və Təsviri İncəsənət Akademiyasını bitirmişdir. Elə həmin ilin noyabr ayında bitcoin kriptovalyutasının yaradıcısı olan müəmmalı şəxsiyyət Satoşi Nakamotonun adından ilhamlanaraq, "Satoshi" təxəllüsü ilə ilk musiqi layihəsinə start vermişdir.
2022-ci ilin əvvəlində Satoshi "br Media Group"un tərkibindəki "Versus Artist" səsyazma leyblı ilə müqavilə imzalamışdır. Ardınca Vlad özünün "Rush" adlı debüt albomunu, daha sonra isə "+373" və "Sport" albomlarını təqdim etmişdir.
2026 Avroviziya Mahnı Müsabiqəsi 17 yanvar 2026-cı il tarixində "Satoshi" Moldova milli seçim turunda "Viva, Moldova!" mahnısı ilə iştirak etmişdir. O, həm yerli, həm də beynəlxalq münsiflər heyəti və tamaşaçıların səsverməsində ən yüksək nəticəni göstərərək müsabiqənin qalibi olmuş və Vyanada keçirilən 70-ci yubiley Avroviziya Mahnı Müsabiqəsində Moldovanı təmsil etmək hüququ qazanmışdır.
Diskoqrafiya
Albomlar Başlıq Təfərrüatları Rush Buraxılış tarixi: 16 fevral 2022 Leybl: Records DK Format: Rəqəmsal yükləmə, CD +373 Buraxılış tarixi: 12 aprel 2024 Leybl: Versus Artist Format: Rəqəmsal yükləmə, CD Sport Buraxılış tarixi: 17 oktyabr 2024 Leybl: Versus Artist Format: Rəqəmsal yükləmə, CD
Mini-albomlar Başlıq Təfərrüatları Minim Efort Buraxılış tarixi: 13 fevral 2025 Leybl: Versus Artist Format: Rəqəmsal yükləmə, CD
Sinqllar Başlıq İl Albom «Cad în sus» 2020 rowspan="8" «Origini» «Sunt» «Eden» «Est» 2021 «Căldură pe dos» «Unmaturman» «Foaie verde» «Rush» 2022 Rush «I Love You» «Venice Beach» Rush «Mama mi-a spus» rowspan="15" «Dragostea mare» «N-avem scuze» 2023 «Asta-i situația» «Am venit» «Căștile mele» «Noaptea pe la 3» «Dansăm» «Atâta pot» «Unde verile» «Lucruri noi» «Semafoare» «Singur» «Ochii» «Diferențe» 2024 «În ce moment te-am întrebat» +373 «Bate, vântule» «Soarele răsare din nou» Sport «Cel mai probabil» «Am un frate» «Sari» «Strigă» «Siluete» «Cum se întâmplă» «Oi Boy» «U La La» «Cu cine ții» «Următoarea întrebare» «Faruri» rowspan="4" «De partea ta» 2025 «Viva, Moldova!» «Pantre Cei Care Vin» 2026
Çartlara daxil olan mahnılar +BaşlıqİlPik çart mövqeyiAlbom Moldovan AirplayMoldovan Airplay:
«Noaptea pe la 3»: Romanian AirpayRomanian Airplay:
«Diferente»: «Noaptea pe la 3» 2023 16 — rowspan="3" «Diferențe» 2024 — 81«Viva, Moldova!» 2025 87 — «—» müəyyən bir ərazidə yayımlanmamış və ya siyahıya alınmamış bir qeydi ifadə edir.
İstinadlar
Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi iştirakçıları Kateqoriya:Moldova müğənniləri Kateqoriya:Moldovanın "Avroviziya" təmsilçiləri Kateqoriya:XXI əsr bəstəkarları Kateqoriya:XXI əsr müğənniləri