Lelek () — Xorvatiyanın tamamilə qadınlardan ibarət etnopop qrupu. Qrup 2024-cü ildə qurulub. Onlar Xorvatiyanı 2026-cı ildə Avroviziya Mahnı Müsabiqəsində "Andromeda" mahnısı ilə təmsil ediblər.

Tarixi "Lelek" qrupu 2024-cü ildə Zaqrebdə yaradılıb. Lara Brtan, Sara Yuriçki, Mixaela Xudiçek, İvana Pavleka və İnka Veçerina Peruşiçdən ibarət heyətlə yazılan debüt sinqlları "Tanani Nani" 18 noyabr 2024-cü ildə işıq üzü görüb.

"Dora 2025" hazırlıqlarının başlanğıcına qədər heyət dəyişməz qalıb, lakin müsabiqədən qısa müddət əvvəl Peruşiç ailə və iş səbəblərindən qrupu tərk edib. Onu milli seçim mərhələsində qrupla birlikdə səhnəyə çıxan Klaudiya Pulek əvəz edib. Pulek daha sonra rəhbərliklə yaşanan fikir ayrılıqlarına görə layihədən ayrılıb və solo karyerasına başlayıb. Onun gedişindən sonra Peruşiç yenidən qrupa qayıdıb.

5 dekabr 2024-cü ildə "Lelek" qrupunun "The Soul of My Soul" mahnısı ilə Avroviziya Mahnı Müsabiqəsi 2025 üçün Xorvatiyanın milli seçim turu olan "Dora 2025"-in 24 iştirakçısından biri olduğu elan edilib. İlk yarımfinalda yarışmaq hüququ qazanan qrup, finala vəsiqə qazanan səkkiz iştirakçıdan biri olaraq adını növbəti mərhələyə yazdırıb.

Finalda 15-ci nömrə altında çıxış edib, münsiflərdən 33 xal alaraq yeddinci, tamaşaçı səsverməsindən isə 69 xal toplayaraq ikinci yeri tutublar. Ümumilikdə 102 xal yığan qrup müsabiqəni dördüncü pillədə başa vurub.

3 dekabr 2025-ci ildə HRT, "Lelek" qrupunun Avroviziya Mahnı Müsabiqəsi 2026 üçün təşkil olunan "Dora 2026" Xorvatiya milli finalında "Andromeda" mahnısı ilə yarışacağını açıqlayıb. 12 fevral 2026-cı ildə ilk yarımfinalda çıxış edən qrup, 15 fevralda keçirilən böyük finala vəsiqə qazanıb.

Ümumilikdə 173 xal toplayan qrup, nəticədə müsabiqənin qalibi olub və Avroviziya Mahnı Müsabiqəsi 2026-da Xorvatiyanı təmsil etmək hüququna yiyələnib. 12 may 2026-cı ildə ilk yarımfinalda iştirak edərək 16 mayda baş tutan final mərhələsinə keçiblər. Finalda isə 124 xalla 15-ci yerdə qərarlaşıblar.

Üzvləri

Hazırkı üzvlər 300px|thumb|right|"Lelek" qrupu 2026-cı ildə İnka Veçerina Peruşiç (2024-cü ildə fəaliyyət göstərib, 2025-ci ildən etibarən yenidən qoşulub) Yudita Ştorqa (2024-cü ildən etibarən qoşulub) Korina Oliviya Rogiç (2024-cü ildən etibarən qoşulub) Lara Brtan (2024-cü ildən etibarən qoşulub) Marina Ramlyak (2024-cü ildən etibarən qoşulub)

Keçmiş üzvlər Klaudiya Pulek (2024–2025-ci illərdə fəaliyyət göstərib) Sara Yuriçki (2024-cü ildə fəaliyyət göstərib)

Diskoqrafiya

Sinqllar Əsas musiqiçilər kimi Adı İl Çatlarda ən yüksək mövqeyi Albom CRODom.Air.Peak chart positions for singles in Croatian Domestic Airplay: For "Pristajem": For "Andromeda": CROBillb.Peak chart positions for singles on Croatia Songs (streaming): For "Andromeda": "Tanani Nani" 2024—— albom olmayan sinql "The Soul of my Soul" 2025—— ""—— ""(with Marin)—— "" 2026 1 12 "—" həmin ərazidə yayımlanmamış və ya siyahıya alınmamış səsyazmanı bildirir.

Dəvət olunmuş musiqiçilər kimi Adı İl Çatlarda ən yüksək mövqeyi Albom CRODom.Air. "Pristajem"(:en:Matija Cvek Lelek qupunu təqdim edib) 2025 4 albom olmayan sinql

İstinadlar

Xarici keçidlər

Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:2024-cü ildə yaranan musiqi qrupları