Tereza Kerndlova (; ) — Çexiyalı müğənni.Çexiyalı müğənnidir. O, 2001-ci ildən etibarən "Black Milk" triosunun üzvü kimi şöhrət qazanıb. 2005-ci ildə trio dağıldıqdan sonra solo karyerasına başlayıb və "Orchidej" albomunu çıxarıb.

Kerndlova 2008-ci ildə Avroviziya Mahnı Müsabiqəsində Çexiyanı Qordon Poda (müğənninin "Have Some Fun" albomundakı 4 mahnının müəllifi) və Stano Simorun (albomun prodüseri) bəstələdiyi "Have Some Fun" mahnısı ilə təmsil edib. Mahnı mayın 22-də ikinci yarımfinalda ifa olunub və 19 iştirakçı arasında 9 xalla 18-ci yerdə qərarlaşaraq çıxışını başa vurub. Həyatı 2001-ci ilin iyununda o, Tereza Çernoxova və Helena Zetova ilə birlikdə "Black Milk" qrupunda oxumağa başlayıb. Onlar "Modrej dým" albomunu buraxıblar və 2002-ci ildə "Çex Bülbülü" (Český slavík) müsabiqəsində "İlin kəşfi" kateqoriyasında qalib olublar. 2003-cü ildə "Black Milk" qrupu "Sedmkrát" albomunu işıq üzünə çıxarıb. 2005-ci ilin baharında isə "Black Milk" qrupu dağılıb.

Tereza Kerndlova 27 mart 2006-cı ildə özünün ilk solo albomu olan "Orchidej"i təqdim edib. Bundan sonra o, bir il müddətinə "Maybelline New York" brendinin siması olub. 2007-ci ildə "Have Some Fun" albomunu çıxarıb və həmin albomdan ilk olaraq "Careless Whisper" mahnısının kaver versiyasını təqdim edib. 2007-ci ilin sonlarında isə "Have Some Fun" albomundan eyniadlı növbəti sinqlı radiolara buraxmağa başlayıb.

Avroviziya Mahnı Müsabiqəsi 3 yanvar 2008-ci ildə Tereza Kerndlova "Eurosong" adlı milli seçim turunun seçilmiş 10 iştirakçısından biri kimi təqdim edilib. 26 yanvar 2008-ci ildə keçirilən bu seçimi Kerndlova "Have Some Fun" mahnısı ilə qazanıb. Bunun sayəsində o, 2008 Avroviziya Mahnı Müsabiqəsində Çexiyanı təmsil etmək hüququ qazanıb.

Belqraddakı müsabiqədə Kerndlova ikinci yarımfinalda səkkizinci sırada çıxış edib. Sonda o, doqquz xalla sondan əvvəlki – on səkkizinci yerdə qərarlaşıb və finala yüksələ bilməyib.

Avroviziyadan sonra 2008-ci ilin noyabrında daxilində "Anděl" sinqlı olan "Retro" diskini buraxıb. 2009-cu ilin aprelində İkinci Dünya müharibəsi zamanı İngiltərə hərbi hava bazasındakı bir hekayədən bəhs edən yeni "Holka jako já" sinqlının klipi işıq üzü görüb. Tereza Kerndlova bu klipdə lindi-hop rəqsini ifa edib. 2009-cu ilin noyabrında isə "50 minut pro tebe" adlı DVD-si satışa çıxarılıb.

24 oktyabr 2011-ci ildə o, "Schody z nebe" albomunu təqdim edib. Eyniadlı "Schody z nebe" kompozisiyası və "Přísahám" mahnısı bu alboma daxildir.

2020-ci ildən sonra Koronavirus pandemiyası və şəxsi səbəblərdən qaynaqlanan uzun fasilədən sonra, o, 21 fevral 2025-ci ildə "Diamanty" adlı yeni albomunu işıq üzünə çıxarıb. Albomun buraxılışı üçün sənətçi qeyri-ənənəvi bir taktika seçərək dinləyiciləri cəlb edəcək heç bir ilkin sinql təqdim etməyib. Digər bir qeyri-adi məqam isə albomun üz qabığında Terezanın şəkilinin deyil, bir kibriti yandırılmış kibrit qutusunun şəkilinin yer alması olub. Albom həm pərəstişkarları, həm də musiqi tənqidçiləri tərəfindən müsbət qarşılanıb və onun bu günə qədərki ən yaxşı albomu olduğu tez-tez vurğulanıb.

Albomun işıq üzü görməsindən sonra "Diamanty", "Lístek", "Trip", "Kytky z buše", "Black mlíko" və "Věř mně" mahnılarına rəsmi videokliplər də təqdim edilib. "Black mlíko" mahnısının klipində Tereza öz uşaqlıq illərindən və "Black Milk" qrupunun fəaliyyəti dövründən olan görüntülərdən istifadə edib. O, bu videoklipi simvolik olaraq rəhmətlik həmkarı və rəfiqəsi Helena Zetovaya həsr edib.

1 oktyabr 2025-ci ildə o, sosial şəbəkələrdə 10 oktyabr 2026-cı il tarixində Praqanın "Fórum Karlín" məkanında baş tutması planlaşdırılan, karyerasının bu günə qədərki ən böyük konsertini elan edib. Bu, uzun konsert fasiləsindən sonra açıqlanan ilk tarixdir.

Diskoqrafiyası Studiya albomları Orchidej (2006) Have Some Fun (2007) Retro (2008) Schody z nebe (2011) Singles Collection (2013)

İstinadlar

Xarici keçidlər

Официальный сайт Терезы Керндловой

Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Çexiyanın "Avroviziya" təmsilçiləri