PDF/A — elektron sənədlərin arxivləşdirilməsi və uzunmüddətli qorunması üçün ixtisaslaşdırılmış, Portable Document Format (PDF) standartının ISO tərəfindən standartlaşdırılmış versiyası. PDF/A, PDF-dən uzunmüddətli arxivləşdirmə üçün uyğun olmayan xüsusiyyətləri, məsələn şriftlərin fayla daxil edilməsi (font embedding) əvəzinə onlara keçid verilməsini (font linking) və şifrələməni qadağan etməsi ilə fərqlənir. PDF/A fayllarını açan proqramlar üçün ISO tələblərinə rəng idarəetməsi qaydaları, daxil edilmiş şriftlərə dəstək və daxil edilmiş qeydlərin (annotasiyaların) oxunması üçün istifadəçi interfeysi daxildir.

Zəmin PDF, sənədlərin sistemlər arasında daşına bilən, "çap olunmuş şəkildə" təqdim edilməsi üçün bir standartdır. Lakin PDF faylının arxiv məqsədilə uzunmüddətli mühafizə üçün uyğunluğu onun yaradılması zamanı seçilən seçimlərdən asılıdır. Bunlara xüsusilə sənədin düzgün göstərilməsi üçün lazım olan şriftlərin fayla daxil edilib-edilməməsi, şifrələmədən istifadə olunub-olunmaması və sənədin çapı üçün tələb olunandan əlavə, orijinal sənəddən gələn əlavə məlumatların qorunub-qorunmaması daxildir.

PDF/A ilkin olaraq sənədlərin arxivləşdirilməsi üçün PDF istifadəsini müəyyən edən beynəlxalq standartın hazırlanması məqsədilə, Adobe ilə əməkdaşlıq şəraitində, Çap, Nəşriyyat və Konvertasiya Texnologiyaları Təchizatçıları Assosiasiyası (NPES) və İnformasiya və Təsvir İdarəetməsi Assosiasiyasının (AIIM) birgə təşəbbüsü kimi yaradılmışdır. Məqsəd sənədlərin məzmununun uzun müddət ərzində qorunmasını təmin edəcək və həmin sənədlərin gələcəkdə ardıcıl və proqnozlaşdırıla bilən nəticə ilə əldə olunub göstərilməsinə imkan verəcək şəkildə elektron arxivləşdirilməsinə artan tələbatı qarşılamaq idi. Bu ehtiyac dünya üzrə müxtəlif dövlət, sənaye və akademik sahələrdə, o cümlədən hüquq sistemlərində, kitabxanalarda, qəzetlərdə və tənzimlənən sənaye sahələrində mövcuddur.

Standardlar

+ ISO 19005 – Sənədlərin idarə olunması — Uzunmüddətli mühafizə üçün elektron sənəd fayl formatı (PDF/A) Altbaşlıq Nəşr olunub Standard Əsası İst. PDF/A-1 Part 1: Use of PDF 1.4 ISO 19005-1 PDF 1.4 (Adobe Systems, PDF Reference, third edition) PDF/A-2 Part 2: Use of ISO 32000-1 ISO 19005-2 PDF 1.7 (ISO 32000-1:2008) PDF/A-3 Part 3: Use of ISO 32000-1 with support for embedded files ISO 19005-3 PDF 1.7 (ISO 32000-1:2008) PDF/A-4 Part 4: Use of ISO 32000-2 ISO 19005-4 PDF 2.0 (ISO 32000-2:2020) İstinadlar

Kateqoriya:Arxiv formatları Kateqoriya:ISO standartları