"Şəmşiri-suzan" əməliyyatı (; ) — 1980-ci ildə, İran–İraq müharibəsi zamanı İran tərəfindən İraqın Tuvayta Nüvə Tədqiqat Mərkəzinə qarşı təşkil edilmiş hava hücumu. İraqın İrana hücumunun başlamasından səkkiz gün sonra həyata keçirilən bu əməliyyat Bağdadın 17 kilometr (11 mil) cənub-şərqində yerləşən və o dövrdə davam edən İraq nüvə proqramının əsas hərəkətverici qüvvəsi kimi qəbul edilən, inşası hələ tamamlanmamış "Osirak" nüvə reaktoruna qarşı qəfil hücum xarakteri daşımışdır. 30 sentyabr sübh çağı İranın dörd ədəd "F-4 Phantom II" qırıcısı İran–İraq sərhədi yaxınlığında havada yanacaq doldurma prosesini başa vurduqdan sonra İraq hava məkanına daxil olmuşdur. Burada onlar çaşdırıcı bir marşrut üzrə hərəkət etmiş, İraqın radar sistemləri tərəfindən qəsdən fərq edilmək məqsədilə yüksək hündürlüyə qalxmışdılar. Bir neçə an sonra qırıcılardan ikisi qrupdan ayrılaraq radar şəbəkəsindən yayınmaq üçün son dərəcə alçaq hündürlüyə enmiş və dərhal marşrutu İraqın nüvə obyektinə doğru dəyişmişdilər.When Iran Bombed Iraq's Nuclear Reactor , Iraq's Osirak Destruction.
İran Hərbi Hava Qüvvələri tərəfindən icra edilən bu hava zərbəsi dünya tarixində nüvə reaktoruna qarşı təşkil olunmuş ilk hücum, ümumilikdə isə hər hansı bir nüvə obyektinə yönəlmiş üçüncü hücum kimi tarixə düşmüşdür. İran tərəfi davam edən İran–İraq müharibəsi fonunda gələcəkdə İraqın ehtimal olunan nüvə silahlarından İran torpaqlarında istifadə edə biləcəyi qorxusundan çıxış etmiş, İraqın nüvə tədqiqatları və bu sahədəki inkişaf addımlarının qarşısını almağa çalışmışdır.
Nəticə etibarilə, "Şəmşiri-suzan" əməliyyatı zamanı İranın vurduğu ziyan tam həlledici olmamış və İraqın nüvə fəaliyyətlərini yalnız təxminən üç ay müddətinə ləngidə bilmişdir, lakin 7 iyun 1981-ci il tarixində İsrail tərəfindən "Opera" əməliyyatı kod adı altında həyata keçirilən ikinci hava hücumu "Osirak" nüvə reaktorunu tamamilə məhv etmiş və İraqın bu sahədəki planlarına ağır zərbə vurmuşdur. Bu hadisədən on il sonra, İraqın Küveytə hücumundan yeddi ay keçdikdən sonra, Körfəz müharibəsinin hava bombardmanları kampaniyası çərçivəsində Tuvayta Nüvə Tədqiqat Mərkəzi bu dəfə Amerika Birləşmiş Ştatları tərəfindən zərbələrə məruz qalmışdır.
İraq nüvə proqramı İraq özünün nüvə proqramının əsasını 1960-cı illərdə qoymuş, 1970-ci illərin ortalarında isə nüvə reaktoru əldə etmək yolu ilə bu proqramı genişləndirmək qərarına gəlmişdir.Perlmutter, p. 40. İraq hökuməti plutonium istehsal edən reaktor və təkrar emal zavodu satmaq barədə Fransa hökumətini, həmçinin "CIRENE" tipli reaktor satmaq barədə İtaliya hökumətini razı sala bilməsə də, sonradan Fransa hökumətini onlara "Osiris" sinfinə aid tədqiqat reaktoru satmağa razı salmışdır.Perlmutter, pp. 41–42. Bu satınalmaya həmçinin "Isis" tipli daha kiçik bir köməkçi reaktor 93% zənginləşdirilmiş 72 kiloqram uranın verilməsi və şəxsi heyətin təlim keçməsi də daxil edilmişdir.Stockman-Shomron, Israel. Israel, the Middle East, and the great powers. Transaction Books, 1985. p. 334. Layihənin ümumi dəyəri 300 milyon dollar olaraq göstərilmişdir. 1975-ci ilin noyabr ayında hər iki ölkə arasında nüvə sahəsində əməkdaşlıq müqaviləsi imzalanmış, 1976-cı ildə isə reaktorun satışı rəsmiləşdirilmişdir.
Bağdad yaxınlığında yerləşən Tuvayta Nüvə Tədqiqat Mərkəzində 40 meqavatlıq yüngül su nüvə reaktorunun inşasına 1979-cu ildə başlanılmışdır.Aloni, Shlomo. Israeli F-15 Eagle Units in Combat. Osprey Publishing, 2006. p. 35. Əsas reaktor fransızlar tərəfindən İraqın adı ilə reaktor sinfinin adının birləşdirilməsi nəticəsində "Osirak" adlandırılmışdır. İraq tərəfi isə əsas reaktora "Təmmuz 1", daha kiçik olana isə "Təmmuz 2" adını vermişdir.Perlmutter, p. 46. "Təmmuz" adı BƏƏS partiyasının 1968-ci ildə hakimiyyətə gəldiyi Babil təqvimi ilə müvafiq aya işarə edirdi. 1980-ci ilin iyul ayında İraq reaktorda istifadə olunmaq üçün Fransadan təxminən 12,5 kiloqram yüksək zənginləşdirilmiş uran (HEU) yanacağı qəbul etmişdir. Bu partiya ümumi həcmi 72 kiloqram olan və planlaşdırılan altı çatdırılmadan birincisi olmuşdur.Holroyd, Fred. Thinking about nuclear weapons: analyses and prescriptions. Routledge, 1985. p. 147. Satınalma müqaviləsində İraqda eyni vaxtda iki yanacaq yükləmə həcmindən, yəni 25 kiloqramdan artıq yüksək zənginləşdirilmiş uran yanacağının saxlanıla bilməyəcəyi barədə şərt qoyulduğu qeyd olunmuşdur.Holroyd, p. 151.
Nüvə silahının hazırlanması İraq və Fransa hökumətləri İraq reaktorunun yalnız dinc elmi tədqiqatlar üçün nəzərdə tutulduğunu iddia etmiş,The 1982 World Book Year Book. World Book Inc., 1983. p. 350. tərəflər arasındakı müqavilələr isə hərbi məqsədlərlə istifadəni istisna etmişdir.United Nations Staff. Yearbook of the United Nations 1981. United Nations Pubns, 1984. p. 277. 1982-ci ilin dekabr ayında qismən zədələnmiş reaktoru vizual olaraq nəzərdən keçirən Harvard Universitetinin fizika üzrə professoru Riçard Vilson 2003-cü ildəki çıxışında "Osirak" reaktorundan istifadə etməklə nüvə silahı üçün kifayət qədər plutonium toplamağın illər deyil, onilliklər tələb edəcəyini bildirmişdir.Ragaini, Richard C. International Seminar on Nuclear War and Planetary Emergencies: 29th session. World Scientific Publishing, 2003. p. 33. Vilson 2005-ci ildə "The Atlantic" nəşrində dərc olunan şərhində 1981-ci ilin iyun ayında İsrail tərəfindən bombalanan "Osirak" reaktorunun fransız mühəndis İv Jirard tərəfindən bilərəkdən bomba istehsalına uyğun gəlməyəcək şəkildə layihələndirildiyini və bunun 1982-ci ildəki səfəri zamanı onun üçün tamamilə aydın olduğunu qeyd etmişdir.
Müəllif həmçinin, bir çoxlarının İraqın "Osirak" reaktorunun bombalanmasının ölkənin nüvə bombası proqramını gecikdirdiyini iddia etdiklərini, lakin 1981-ci ildən əvvəl İraqın nüvə proqramının tamamilə dinc xarakter daşıdığını, reaktorun bomba istehsalına uyğun olmamaqla bərabər, həm də ciddi nəzarət altında saxlanıldığını vurğulamışdır. Vilson 2012-ci ildə verdiyi müsahibəsində iraqlıların "Osirak"da nüvə silahı hazırlamasının qeyri-mümkün olduğunu təkrarən ifadə edərək dünyadakı istənilən alimi bunun necə mümkün ola biləcəyini sübut etməyə çağırmışdır.
Vilsonun fikirlərinin əksinə olaraq, ABŞ-nin fərdi kəşfiyyat agentliyi "Stratfor" 2007-ci ildə uranla işləyən həmin reaktorun silah proqramı üçün plutonium istehsal etmək ərəfəsində olduğuna inanıldığını yazmışdır. (requires e-mail address)
İraq Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləni imzalayan dövlətlərdən biri kimi öz reaktorlarını Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarəti altına vermişdir. 1981-ci ilin oktyabr ayında "Bulletin of the Atomic Scientists" jurnalı BAEA-nın keçmiş müfəttişi Rocer Rixterin Amerika Birləşmiş Ştatları Senatının Xarici Əlaqələr Komitəsi qarşısında agentliyin nüvə təhlükəsizliyi tədbirlərinin zəif tərəflərini təsvir edən ifadələrindən parçalar dərc etmişdir. Rixter ifadəsində İraqın nüvə obyektlərinin yalnız bir hissəsinin nəzarət altında olduğunu, ən həssas qurğuların isə ümumiyyətlə təhlükəsizlik tədbirlərinə tabe edilmədiyini iddia etmişdir. BAEA-nın baş direktoru Siqvard Eklund bu iddiaları təkzib etmiş, Rixterin heç vaxt "Osirak" reaktorunda yoxlama aparmadığını və Yaxın Şərqdə yerləşən obyektləri təftiş etmək üçün təyin olunmadığını bəyan etmişdir. Eklund nəzarət prosedurlarının effektiv olduğunu və nüvə tədarükçüləri tərəfindən görülən ehtiyat tədbirləri ilə daha da gücləndirildiyini bildirmişdir. Brukheym Milli Laboratoriyasının fiziki Entoni Faynberq də Rixterin nüvə silahı istehsalı üçün yanacaq emalı proqramının gizli şəkildə həyata keçirilə biləcəyi barədə iddiasına etiraz etmişdir. Faynberq obyektdə yalnız bir bomba hazırlamağa güclə çatacaq qədər yanacağın olduğunu və yüzlərlə xarici texnikin mövcudluğu şəraitində iraqlıların aşkar edilmədən zəruri addımları atmasının qeyri-mümkün olduğunu qeyd etmişdir.
Hazırlıqlar İslam inqilabının fəsadları İran İslam inqilabından əvvəlki illər ərzində İran və İsrail "Osirak" nüvə reaktorunu və İraq barədə digər potensial narahatlıq doğuran obyektləri mütəmadi olaraq izləyirdilər. İnqilabdan sonra yeni qurulan İslam Respublikası reaktor üzərindəki nəzarəti daha da gücləndirmişdi. Hətta bu vəziyyət elə səviyyəyə çatmışdı ki, reaktoru inşa edən Fransa ilə münasibətlərə xələl gəlmişdi. Ayətullah Ruhullah Xomeyni və müttəfiqlərinin İsrailə qarşı rəsmi düşmənçiliyinə və anti-İsrail ritorikasına baxmayaraq, İran və İsrail hökumətlərinin bəzi qanadları ərəb ölkələri simasında ortaq bir düşmənə malik olduqları üçün bəzən gizli şəkildə bir-birlərinə kömək etməyə davam edirdilər. Hətta 1987-ci il kimi gec bir tarixdə İsrail Baş naziri Yitshak Rabin bəyan etmişdir ki, "İran bizim ən yaxşı dostumuzdur və biz mövqeyimizi dəyişmək niyyətində deyilik".
İraqın İrana hücumu İran–İraq müharibəsi başladıqda, iranlılar iraqlıların onlara qarşı istifadə etmək məqsədilə nüvə silahı hazırlamasından getdikcə daha çox narahat olmağa başlamışdılar. Müharibədən əvvəl İranın bu zavoda hücum etmək üçün fövqəladə hallar planı mövcud idi, lakin İran İslam inqilabının ardınca bu fəaliyyət planı ciddi çətinliklərlə qarşılaşmışdı, çünki İran özünün əsas müttəfiqi olan Amerika Birləşmiş Ştatlarını itirmiş və bu səbəbdən o dövrdə dünyanın beşinci ən böyük ordusu sayılan hərbi gücünü lazımi səviyyədə saxlaya bilməmişdir. Ehtiyat hissələrini tapmaq çətinləşmiş və İranın bir çox hərbi hava aktivləri digər təyyarələrin təmirində donör kimi istifadə olunmağa məcbur qalmışdır. İsraillilər İran Hərbi Hava Qüvvələrinə kömək etmək üçün bəzi ehtiyat hissələrini gizli şəkildə İrana göndərmişdilər, lakin bu, nəticə etibarilə kifayət etməmişdir. İran İslam inqilabından sonra İranın bir çox hərbi pilotları, zabitləri və komandirləri də təmizləmələrə məruz qalmışdı. Bundan əlavə, İraqın İrana hücumu səbəbindən iranlılar artıq qəfil hücum təşəbbüsü üstünlüyünə malik deyildilər və obyektin planını qiymətləndirmək üçün ABŞ-nin casus peyk görüntülərinə çıxışları yox idi.
Planlaşdırma İran Hərbi Hava Qüvvələri Cavad Fakurinin rəhbərliyi altında "Osirak"a hücum etmək üçün tamamilə yeni bir plan hazırlamağa başladı. İranlıların zavod barədə kəşfiyyat məlumatları çox az idi, həmçinin obyektin artıq yanacaqla təchiz edilməsi riski də mövcud idi. Bu, radioaktiv yağıntı ehtimalını artırırdı. İsrailin də rəylərinin daxil edildiyi birgə planlaşdırmada iranlılar birbaşa reaktorun özünü yox, tədqiqat laboratoriyalarını, reaktorun idarəetmə binasını və təlim obyektlərini hədəf almağı qərara almışdılar.
"Osirak" nüvə reaktoru obyektin cənub-şərqində, cəmi bir mildən bir qədər çox (2 km) məsafədə yerləşən bir ədəd "SA-6" raket batareyası, reaktorun ətrafında təxminən 1600 fut (500 m) məsafədə üçbucaq şəklində qurulmuş üç ədəd "Roland-2" raket batareyası və 40 ədəd zenit-artilleriya mövqeyi (23 mm və 57 mm-lik radarla idarə olunan toplar) ilə müdafiə olunurdu. ABŞ sanksiyaları səbəbindən İranın "F-4 Phantom" qırıcı-bombardmançıları (əllərində ABŞ istehsalı olan maneə törədici konteynerlər olduğu üçün) yalnız "SA-6" raketlərinin fəaliyyətinə mane ola bilirdilər, lakin İraqın "Roland" raketlərini yatırmaq üçün radioelektron mübarizə vasitələrinə malik deyildilər. Bunun əvəzinə iranlılar hədəf üzərindən alçaq hündürlükdə, yüksək sürətlə uçmalı və oranı sürətlə tərk etməli idilər. Bu səbəbdən missiyanın icrası İranın ən təcrübəli pilotlarına həvalə edilmişdir. Əsas problem kəşfiyyat məlumatlarının çatışmazlığı idi. ABŞ ilə münasibətlərin pisləşməsi səbəbindən İran Hərbi Hava Qüvvələrinin əlində tikinti sahəsinin yeni peyk fotoşəkilləri yox idi, həmçinin yerdən çəkilmiş hər hansı yeni şəkil də mövcud deyildi. Həm İsrail, həm də Suriya kəşfiyyat agentlikləri reaktorlarda işlərin irəlilədiyini bildirmişdilər, lakin missiyadan əvvəlki son günlərdə reaktorun nəhayət yanacaqla təchiz edilib-edilməməsi barədə bəzi şübhələr ortaya çıxdı. İranlılar Bağdad üzərində nüvə sızıntısına səbəb olmaq riskini gözə almaq istəmirdilər.
İcrası