Əbu Qeys Külsum ibn əl-Hidm ibn İmruil-Qeys əl-Əmri əl-Əvsi əl-Ənsari (; ) — Məhəmməd Quba () məntəqəsində olarkən onu öz evində qonaq etmiş səhabə.
Həyatı Külsüm ibn əl-Hidm Əvs qəbiləsinin qollarından biri olan Bəni Əmr ibn Əvfə mənsubdur. O, Hicrətdən əvvəl İslamı mənimsəmiş və Quba () kəndində yaşamışdır.
Məhəmməd Quba məntəqəsində olarkən gündüzləri Səd ibn Heysəmənin evində, gecələri isə onun evində qalmışdır. İslam dinində inşa edilmiş ilk məscid olan Quba məscidi də onun evinin yaxınlığında inşa edilmişdir.
Məhəmmədlə birlikdə Əli, Zeyd ibn Harisə, Həmzə, Əbu Ubeydə ibn Cərrah və başqaları da Külsüm ibn əl-Hidm evində qalmışdır.
Külsüm ibn əl-Hidm Mədinə şəhərində, hicrətdən qısa bir müddət sonra (624) vəfat edən ilk səhabələrdən biridir.
İstinadlar
Kateqoriya:Səhabələr