Tamara Jivkoviç (; ) — Monteneqrolu müğənni, fleyta ifaçısı və bəstəkar. O, 2026-cı ildə isə "Nova zora" mahnısı ilə Monteneqronu Avroviziya Mahnı Müsabiqəsində təmsil edib. 2022-ci ildə Jivkoviç Serbiyanın "Zvezde Granda" mahnı müsabiqəsinin on beşinci buraxılışının finalçısı olub.

Həyatı Tamara Jivkoviç musiqi karyerasına gənc yaşlarından başlayıb. O, 14 yaşında fleyta ifası ilə vokal performansını birləşdirərək ilk solo konsertini verib. 2016-cı ildə Serbiyanın "Pinkove Zvezdice" mahnı müsabiqəsində iştirak edib. 2022-ci ildə Serbiyanın "Zvezde Granda" mahnı müsabiqəsinin on beşinci buraxılışında iştirak edib və finala qədər yüksəlib.

2024-cü ildə Jivkoviç, müsabiqədən geri çəkilən Boban Rayoviçi əvəz edərək, Avroviziya Mahnı Müsabiqəsi 2025 üçün Monteneqronun milli seçim turu olan "Montesong 2024"də "Poguban let" mahnısı ilə mübarizə aparıb. Sonda 6 xalla 9-cu yeri tutub.

2025-ci ildə Jivkoviç "Montesong 2025" müsabiqəsində "Nova zora" mahnısı ilə yarışmaqda davam edib. O, müvafiq olaraq münsif səsverməsində qalib gələrək 12 xal, xalq səsverməsində isə ikinci yeri tutaraq 10 xal qazanıb və finalın qalibi olub. Beləliklə, Avstriyanın Vyana şəhərində keçirilən Avroviziya Mahnı Müsabiqəsi 2026-da Monteneqronu təmsil etmək hüququ əldə edib. Avroviziyada 12 may 2026-cı il tarixində birinci yarımfinalda çıxış edib, lakin böyük finala vəsiqə qazana bilməyib.

Şəxsi həyatı Tamara Jivkoviç Monteneqronun Kotor şəhərində doğulub boya-başa çatıb və orada musiqi məktəbində də oxuyub. 2025-ci ildən etibarən Belqrad İncəsənət Universitetinin bakalavr pilləsinin üçüncü kurs tələbəsidir. 2022-ci ildən bəri Kotor və Serbiyanın paytaxtı Belqrad şəhərləri arasında yaşayır. Jivkoviç Charli XCX, Lady Gaga, Rozaliya və Tate McRae kimi adları özünün ilham mənbəyi adlandırıb.

Diskoqrafiya Sinqllər + Solo müğənni kimi Adı İl Albom""2024 rowspan="4" ""2025""""

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi iştirakçıları Kateqoriya:Monteneqro müğənniləri Kateqoriya:Monteneqronun "Avroviziya" təmsilçiləri