Petru Qroza (; ) — Rumıniya siyasətçisi. Stalin işğalı dövründə Rumıniyanın ilk marionet hökumətinin rəhbəri.

Bioqrafiyası

Petru Qroza böyük mülkiyyətçi və nəhəng var-dövlət sahibi idi, lakin yetkin yaşlarında Rumıniya hökumətini dəstəkləməkdən və öz əmlakından imtina edərək ölkənin ən böyük kəndli təşkilatı olan "Əkinçilər Cəbhəsi"nə rəhbərlik etmişdir.

İkinci Dünya müharibəsi illərində Rumıniyadakı rejimə qarşı mübarizə aparmış, qələbədən sonra isə 1945–1952-ci illərdə Rumıniya "koalisiya hökuməti"nin baş naziri, daha sonra isə Rumıniya Dövlət Şurasının sədri olmuşdur. O, sovet işğalçı qoşunlarının süngülərinə arxalanaraq ölkədə kommunist diktaturasının qurulmasına yönəlmiş siyasət yürütmüşdür. 30 dekabr 1947-ci ildə kralın hətta nümayəndəlik hakimiyyətindən belə uzaqlaşdırılmasına nail olmuşdur. Kommunizm ideyalarına sadiqliyinə baxmayaraq, partiyaya heç vaxt daxil olmamışdır.

İstinadlar