Maqdalena Aqneşka Beyat (; ) — Polşa siyasətçisi, ictimai fəal və tərcüməçisisi. O, 2023-cü ildən bəri Senatın Marşal müavini və Qərbi Varşava seçki dairəsindən senator kimi fəaliyyət göstərir. 2019-cu ildən 2023-cü ilədək Seymin üzvü olub.

Beyat, Sol Koalisiyanın aparıcı simalarından biridir və 2025-ci il prezident seçkilərində bu koalisiyadan namizəd olub. O, 2022-ci ildən 2024-cü ilədək "Partia Razem"in (Sol Birlik Partiyası) həmsədri olub.

Həyatı Maqdalena Aqneşka Beyat 11 yanvar 1982-ci ildə Polşanın Varşava şəhərində anadan olub. O, Varşavadakı polyak-ispan dilləri üzrə ikidilli Servantes Liseyində təhsil alıb. 2006-cı ildə İspaniyanın Qranada Universitetinin sosiologiya ixtisası üzrə magistr dərəcəsini bitirib. 2007-ci ildə Kollegium Civitas və Polşa Elmlər Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun birgə proqramı olan qeyri-hökumət təşkilatlarının idarə edilməsi üzrə aspirantura kursunu tamamlayıb.

Beyat ispandilli ədəbiyyatın tərcüməçisi kimi çalışıb.

O, Helsinki İnsan Hüquqları Fondu və Stefan Batori Fondu kimi qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edərək yerli aktivlik, vətəndaş cəmiyyətinin öyrənilməsi və sosial müdafiə sahələrində fəaliyyət göstərib. 2012–2019-cu illərdə vətəndaş iştirakçılığı və sosial innovasiyaları təhlil edən, həmçinin bu sahədə təbliğat aparan "Gəmiqayırma Zavodu" Fondunda araşdırma və məsləhət xidmətləri şöbəsinə rəhbərlik edib.

Şəxsi həyatı Maqdalena Beyat, Varşavanın Praqa rayonunda yaşayır. Evli və iki övladı olan Beyat vegeteriandır. She declared being vegetarian.

Siyasi fəaliyyəti thumb|Beyat 2023-cü ildə 2015-ci ildə o, Sol Birlik Partiyasına qoşulan Maqdalena Beyat, Varşava rayon şurasının üzvü olub.

2019-cu ildə "Solçular" siyasi ittifaqının sədr müavini seçilib.

O, Polşada abort qanunvericiliyinin sərtləşdirilməsinə qarşı keçirilən çoxsaylı tətil və Polşa Prayd yürüşlərində iştirak edib. 19 noyabr 2020-ci ildə, etiraz aksiyalarının birində, heç bir təhlükə yaratmamasına və deputat vəsiqəsini göstərməsinə baxmayaraq, polis tərəfindən ona qarşı gözyaşardıcı qaz tətbiq edilib. Bu narahatlıq doğuran hadisə küçə etirazları zamanı Polşa polisinin amansızlığı ilə bağlı ciddi narahatlıqlara yol açıb.

2022-ci ildə Maqdalena Beyat, Adrian Zandberqlə birlikdə Sol Birlik Partiyasının həmsədri olub. 2023-cü il seçkilərində Senatda Varşava yerlərindən biri (45-ci dairə) uğrunda mübarizə aparıb. Beyatın namizədliyi "Senat Paktı" tərəfindən dəstəklənib.

2024-cü ilin əvvəlində Solçulardan Varşava meriyasına namizədliyini irəli sürüb. Bu kampaniya həmçinin onun doğma partiyası olan "Sol Birli", "Yeni Sol", "Şəhər Bizimdir", "Əmək İttifaqı" və Polşa Sosialist Partiyası tərəfindən də dəstəklənib. Beyat, ümumi səslərin 12,86%-ni qazanaraq Tşaskovski və Boşenskidən sonra üçüncü yeri tutub.

2024-cü ilin oktyabrında "Sol Birlik" fraksiyası, Solçuların hazırkı Tusk hökumətinə verdiyi dəstəklə razılaşmayaraq onlardan ayrılıb. Buna cavab olaraq, Beyat və bir sıra digər deputatlar "Sol Birlik" partiyasını tərk etdilər. Növbəti ilin yanvarında o və digər keçmiş "Birlik" deputatları "Ortaq Gələcək" adlı təşkilat təsis etdilər.

İstinadlar

Xarici keçidlər 2025 campaign website