Azərbaycan Region Liqası 2025/2026 — Azərbaycan Region Liqasının 7-ci mövsümü.

Zəmin Region Liqasının 2024/25 mövsümünün final matçında "Xankəndi" və "Şirvan" komandaları qarşılaşmış, "Xankəndi" rəqibini 3:0 hesabı ilə məğlub edərək çempion olmuş və İkinci Liqaya vəsiqə əldə etmişdir. Turniri ikinci pillədə tamamlayan "Şirvan" növbəti mövsümdə İkinci Liqaya vəsiqə əldə etmək uğrunda sonuncu mövsümü 13-cü yerdə tamamlamış "Lerik" komandası ilə pley-off matçına çıxıb. 29 may saat 16:00-da ASCO Arenada keçirilmiş matçda "Şirvan" "Lerik" üzərində 3–2 hesablı qələbə qazanaraq 2025/26 mösümündə İkinci Liqada oynamaq hüququ əldə edib, "Lerik" isə Region Liqasına düşüb.

Reqlament

Region Liqasının qalibi İkinci Liqaya yüksəlir. İkinci Liqada sonuncudan əvvəlki yeri tutmuş komanda Region Liqasının finalçısı (2-ci yerin sahibi) ilə pley-off oynayır. Pley-off ev-səfər prinsipi ilə olmaqla 2 oyundan ibarət olacaq. İki oyunun nəticəsinə görə qalib müəyyənləşməzsə, əlavə vaxt (hər biri 15 dəqiqədən ibarət iki hissə) təyin olunur, bu zaman da qalib müəyyənləşməzsə, penaltilər seriyası tətbiq olunur. Bu iki oyunun nəticəsinə görə qalib olan komanda növbəti mövsüm İkinci Liqada oynamaq hüququ qazanır, məğlub olan komanda isə Region Liqasında çıxış edir.

Region Liqasının qalibi UEFA Region Kubokunda Azərbaycanı təmsil edir. Liqada ilk üç yeri tutan komandaların futbolçuları və baş məşqçiləri medallarla, AFFA-nın diplomları və pul mükafatı ilə təltif olunur. Birinci yerin sahibi 10.000 AZN, ikinci yer 5.000 AZN, üçüncü yer isə 2.000 AZN məbləğində pul mükafatı alır. Mövsümün sonunda liqanın ən məhsuldar oyunçusu və ən yaxşı futbolçusu seçilir və hədiyyələrlə mükafatlandırılır.

2025/26 mövsümündə Paytaxt və Şimal, Mərkəz, Şimal-Qərb və Qərb, Cənub olmaqla 4 regionu əhatə edəcək. Ümumilikdə 54 komandanın iştirak edəcəyi turnirdə ilk oyunlar martın 8–9-da baş tutacaq. Mövsüm may ayının sonlarında başa çatacaq.

Turnir cədvəli

Paytaxt və Şimal zonası A qrupu

B qrupu

Şimal-Qərb və Qərb zonası

A qrupu

B qrupu

Mərkəz zonası

A qrupu

B qrupu

Cənub zonası

Pley-off mərhələsi

Qeydlər

İstinadlar

Kateqoriya:Azərbaycan Region Liqası Kateqoriya:2025/2026 mövsümündə Azərbaycanda futbol