Şivəkar İbrahim (; ) — Kavalalı ailəsinə mənsub şahzadə, Misir sultanı I Fuadın xanımı.
Həyatı 1876-cı ildə Üsküdarda dünyaya gəldi. Atası Kavalalı Əhməd Rüfət Paşanın oğlu İbrahim Fəhmi Paşa, anası isə onun ilk xanımı Nəvcihan xanımdır. 30 may 1895-ci ildə Abbasiyə sarayında atasının əmisi oğlu Əhməd Fuad Paşa ilə evləndirildi. Ancaq cütlük olaraq heç uyğun deyildilər. Şivəkar xanım ailəsindən gələn külli miqdarda şəxsi mülkə sahib idi. Əhməd Fuad Paşa isə qumar borcları səbəbilə artıq müflisləşmişdi. Cütlüyün bu nigahdan 2 övladı olsa da, bunlardan ilki körpə ikən vəfat etdi.
İsmayıl (1896, Neapol - 6 iyul 1897, İsgəndəriyyə) Fövqiyyə (6 oktyabr 1897, Qahirə - 9 iyul 1974, Sürix)
Əhməd Fuad Paşa xanımına aşiq olsa da, Şivəkar xanım onu boşanmağa razı saldı və cütlük 1898-ci ilin mayında rəsmi olaraq boşandı. Boşanmanın bir digər səbəbi isə, Şivəkar xanımın kiçik qardaşı Əhməd Seyfəddin bəyin Əhməd Fuad Paşayla dalaşması və davanın sonunda onu silahla yaralaması oldu.
Boşanmasının ardından ard-arda evliliklər etdi. İkinci evliliyi 14 mart 1900-cü ildə Rauf Tabet bəylə (1881-1920) baş tutdu və 1903-cü ildə boşanmayla nəticələndi.
Üçüncü evliliyi 2 yanvar 1904-cü ildə Misirin Vaşinqtondakı ilk səfiri Seyfullah Yusufri Paşa (1870-1949) ilə baş tutdu. Bu evlilikdən 2 övladı doğulsa da, 1916-cı ildə boşandılar.
Lütfi xanım (1905-1952) Vahid Yusif bəy (1907-1969)
Dördüncü evliliyi 5 iyul 1917-ci ildə məşhur türk rəssamı Xəlil Paşanın oğlu Səlim Xəlil bəylə baş tutdu. Üstəlik bu dəfəki əri özündən 16 yaş kiçik idi. Bu evlilikdən bir oğlu dünyaya gəldi. Ancaq bu evliliyi də 2 mart 1925-ci ildə boşanma ilə nəticələndi.
Məhəmməd Vahidəddin Səlim (1918-1996)
Beşinci və son evliliyi 1927-ci ildə İlhami Hüseyn Paşa (1899-1992) ilə baş tutdu. Bu dəfəki əri özündən 23 yaş kiçik idi. İstanbulda bir bankda çalışsa da, onu Qahirəyə apardı və keçmiş əri I Fuaddan ona paşa ünvanı verməsini istədi.
I Faruq səltənətində belə saraydakı nüfuzunu qoruyub saxladı. 1947-ci ildə Qahirədəki Qəsr əl-Ali sarayında vəfat etdi.
Mənbə
Ədəbiyyat
Doumani, Beshara (February 1, 2012). Family History in the Middle East: Household, Property, and Gender. SUNY Press. p. 270. ISBN 978-0-791-48707-5 Brookes, Douglas Scott (2010). The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press. pp. 245 n. 40. ISBN 978-0-292-78335-5 Reina Lewis, Nancy Micklewright (9 Jul 2006). Gender, Modernity and Liberty: Middle Eastern and Western Women's Writings: A Critical Sourcebook. I.B.Tauris. p. 241. ISBN 978-1-860-64956-1 Fahmy, I. (2005). Around the World with Isis. Papadakis Publisher. p. 23. ISBN 978-1-901092-49-3 Bassil A Mardelli (24 May 2010). Middle East Perspectives. iUniverse. ISBN 978-1-450-21118-5 Epstein, M. (2016). The Statesman's Year-Book. The Statesman's Yearbook. Palgrave Macmillan UK. p. 805. ISBN 978-0-230-27060-2 Russell, M.L. (2013). Egypt. ABC-CLIO's Middle East in focus series. ABC-CLIO. p. 66. ISBN 978-1-59884-233-3 Bardakçı, M.; Baran, M. (2017). Neslishah: The Last Ottoman Princess. American University in Cairo Press. p. 299 n. 51. ISBN 978-977-416-837-6 Mardelli, B.A. (2010). Middle East Perspectives: Personal Recollections (1947 - 1967). iUniverse. p. 47. ISBN 978-1-4502-1116-1 Hassan, H.; Fernea, R. (2000). In the House of Muhammad Ali: A Family Album, 1805-1952. American University in Cairo Press Series. American University in Cairo Press. p. 99. ISBN 978-977-424-554-1 Jayne L. Warner (2001). Cultural Horizons: A festschrift in honor of Talat S. Halman, Volume 1. Syracuse University Press. ISBN 978-0-815-68132-8 Woodward, P.; Bourne, K.; Watt, D.C.; Great Britain. Foreign Office (1995). British Documents on Foreign Affairs--reports and Papers from the Foreign Office Confidential Print: Egypt and the Sudan. British Documents on Foreign Affairs--reports and Papers from the Foreign Office Confidential Print: From the First to the Second World War. Africa, 1914-1939. University Publications of America. p. 18l77. ISBN 978-0-89093-617-7 Akyeampong, E.K.; Gates, H.L. (2012). Dictionary of African Biography. Dictionary of African Biography. OUP USA. p. 37. ISBN 978-0-19-538207-5 Hassan Hassan (1 Jan 2000). In the House of Muhammad Ali: A Family Album, 1805-1952. American Univ in Cairo Press. pp. 57–8, 99. ISBN 978-9-774-24554-1 Kateqoriya:Məhəmməd Əli sülaləsinin qadın şahzadələri