Müstəvi riyaziyyatda sonsuzadək uzanan düz ikiölçülü səthdir. O, nöqtənin (sıfırölçülü) və xəttin (birölçülü) ümumiləşdirilməsi olmaqla, üçölçülü fəzanın ikiölçülü analoqu hesab olunur.

Müstəvinin müxtəlif növləri müəyyən edilə bilər. Evklid müstəvisi Evklid həndəsəsinə, xüsusilə paralellik postulatına uyğun gələn müstəvidir. Proyektiv müstəvi isə paralel xətlərin “sonsuzluqdakı nöqtələrdə” kəsişdiyi qəbul edilərək qurulur; beləliklə, istənilən iki xətt yalnız bir nöqtədə kəsişir. Elliptik müstəvisi isə real proyektiv müstəviyə metrik quruluş əlavə edilməklə əldə olunur. Kateqoriya:Səthlər Kateqoriya:Həndəsə