Özləm Bozqurd Gevrək (; ) — türk bürokratı. Türkiyənin ilk qadın kaymakamlarından (rayon icra başçısı) biri. Həyatı və karyerası 1967-ci il Bursada dünyaya gələn Özləm Bozqurt Gevrək İstanbul Universiteti Siyasi Bilgilər fakültəsindən məzun olduqdan sonra, İngiltərədə idarəetmə sistemi üzrə təhsil alıb. 1991-ci ildə qadınlara kaymakamlıq hüququnun verilməsi ilə imtahandan keçən Özləm Bozqurd, bir il sonrakı nəticələrə əsasən ilk qadın kaymakam namizədi olub.

Çanqırı ilininnin Orta, Ağrı ilinin Hamur, Ərzurum ilinin Əziziyə ilçələrində fəaliyyət göstərib. Sonra Ankaranın Ayaş və Kazan ilçələrində kaymakam vəzifəsində çalışıb. İstanbul və İzmirdə vali müavini vəzifələrini də icra edən Özləm Bozqurd Gevrek, 2024-cü ilin dekabr ayından etibarən Ankara Etimesqut ilçəsinin kaymakamı vəzifəsində çalışmaqdadır.

Özləm Bozqurd Gevrək, Ayaşda qadınların oxuma-yazma kurslarına göndərilməsi, ibtidai təhsil alan uşaqların sayının artması, qadınlara yeni Mülki Qanunun öyrədilməsi, doğum nəzarəti, idman və mədəniyyətə verdiyi dəstəkləri ilə tanınır. Bəzi qadınların ona qarşı olan baxışını özü belə nəql edir: "Jandarmanın qarşımda hərbi salam verdiyini, muxtarın önümdə pencəyinin düymələrini iliklədiyini görəndə həsəd aparırlar. 'Mənim üçün gecdir, amma qızım üçün yox', deyə düşünürlər. Yaxşı nümunə olduğuma inanıram".

Ayaşda vəzifə yerinə yetirdiyi dövrdə Ortabərəkət kəndində həyata keçirilən "50x50 qoyun" layihəsində Ağıllar Bölgəsinin salınmasını təmin edərək heyvandarlığın yaşayış məntəqəsinin daxilindən çıxarılması və ayrıca heyvandarlıq zonasının yaradılmasını təmin edib.

İstinadlar