Emma Adler ( ; ) — Avstriya Sosial-Demokrat Partiyasının fəalı, qadın hüquqları müdafiəçisi, Fin de siècle dövrünün yazıçısı, jurnalist, publisist, tərcüməçi, siyasi və ictimai xadim.

Həyatı Emma Adler, dəmir yolu işçisi və sahibkar İqnats Braunun ailəsində anadan olub. Ailəsi liberal yəhudi burjuaziyasına mənsub idi.

Altı yaşında cinsi zorakılığa məruz qalan Emma, bakirəliyini itirib və bu səbəbdən ərə getmək hüququndan məhrum edilib.

16 yaşında sosialist qardaşlarının təsiri ilə sosializm ideyalarına maraq salmış və sosial-demokrat hərəkatının fəalı olmuşdur. Ən tanınmış qardaşları isə Henriх Braun (1854—1927) və Adolf Braundur (1862—1929).

1878-ci ildə Adler, Vyana psixiatriya klinikasında həkim işləyən Viktor Adler ilə tanış olub. Elə həmin il, sonradan Avstriya Sosial-Demokrat Partiyasının banisi və liderlərindən biri olan Viktor ilə ailə həyatı qurub. Onların oğlu Fridrix Adler sosialist siyasətçi və inqilabçı olub; o, daha çox 1916-cı ildə Avstriyanın nazir-prezidenti qraf Karl fon Ştürqkü qətlə yetirməsi ilə tanınır. O, Avstriya Sosial-Demokrat Fəhlə Partiyasının xadimi olmuş, dövrünün Hedviq Dom, Berta Pappenheym və Hedviq Laxman kimi digər yəhudi qadın yazıçılar ilə əməkdaşlıq etmiş, siyasi fəaliyyətini bədii yaradıcılıqla birləşdirmişdir. Təhsil İşçiləri Assosiasiyasında fəaliyyət göstərən Adler, həmçinin ingilis və fransız dillərindən də dərs verib.

Emma Adler, Avstriyanın qadın jurnalı olan "Die Frau"un redaktoru olub. O, həmçinin Avstriya sosial-demokratiyasının əsasını Adelhayd Popp tərəfindən qoyulmuş "Arbeiter-Zeitung" işçi qəzeti ilə əməkdaşlıq edib.

O, həmçinin Karl Kautski ilə olan yazışmaları ilə tanınır.

Həyatı boyu psixi pozuntu və ağır depressiyadan əziyyət çəkmiş Adler, vaxtının çox hissəsini psixiatriya xəstəxanaları və sanatoriyalarda keçirib.

Emma Adler 1935-ci ildə Sürixdə vəfat edib.

1887-ci ildə dramaturq Herman Bar "La marquesa d’Amaegui. Eine Plauderei" adlı birpərdəli pyesini Emma Adlerə həsr edib.

Yaradıcılığı Çox sayda tarixi romanın və bədii tərcümələrin müəllifi olan yazıçı, İvan Turgenevin "Sədəqə" rəvayətini 1897-ci ildə iki pərdəli pyes formasına salaraq alman dilinə tərcümə edib. Bu əsəri, Marion Lorm və Elen Erdmann təxəllüsləri ilə çap olunub.

Seçilmiş nəsrləri və publisistikası Goethe und Frau v. Stein, 1887 Die berühmten Frauen der französischen Revolution 1789—1795, 1906 Jane Welsh Carlyle: eine Biographie, 1907 Feierabend. Ein Buch für die Jugend, 1902 Neues Buch der Jugend, 1912 Kochschule, 1915 Arbeiter lernen Fremdsprachen

İstinadlar

Xarici keçidlər Emma Adler Эмма Адлер

Kateqoriya:XIX əsr qadın yazıçıları Kateqoriya:XX əsr qadın yazıçıları Kateqoriya:XIX əsr tərcüməçiləri Kateqoriya:XX əsr tərcüməçiləri Kateqoriya:XX əsr publisistləri Kateqoriya:Avstriya Sosial-Demokrat Partiyasının üzvləri Kateqoriya:Marksistlər Kateqoriya:Rus dilindən tərcümə edənlər