Silifke Atatürk Evi və Etnoqrafiya Muzeyi () — Mustafa Kamal Atatürkün şəhərə ilk səfərinin xatirəsini yaşadır. 27 yanvar 1925-ci ildə Silifkeyə gəlmiş Atatürk bir gecə bu evdə qonaq qalıb. Muzeydə Atatürkün həmin gecə istifadə etdiyi şəxsi əşyalar nümayiş etdirilir.

Bağçası olan və muzeyə çevrilən 2 mərtəbəli taxta bina 1914-cü ildə inşa edilib. Binanın əsl adı Hacı Hulusi Malikanəsidir. Tikili, 1974-cü ildə başlayan milliləşdirmə prosesi Mədəniyyət və Turizm Nazirliyinin Qədim Əsərlər və Muzeylər Baş İdarəsi tərəfindən 1982-ci ildə tamamlanıb. 1983-cü ildə başlayan təmir-bərpa işləri 1986-cı ildə yekunlaşmış və malikanə 2 yanvar 1987-ci ildə rəsmi mərasimlə ziyarətçilərin istifadəsinə verilmişdir. 1983'te başlayan tadilat çalışmaları 1986'da bitirilmiş ve Konak 2 Ocak 1987 günü resmi bir törenle ziyarete açılmıştır.

Mustafa Kamal Atatürk 20 yanvar 1925-ci ildə bir sıra rəsmi görüşlər və şəxsi məqsədlər üçün Cənubi Anadolu səyahətinə çıxır. Bu səfərdə həyat yoldaşı Lətifə xanım da onu müşayiət edirdi. Atatürkün bu səyahətindəki əsas məqsədlərindən biri Atatürk Meşə Fermasına bənzər bir təsərrüfatı ölkənin cənub bölgəsində də qurmaq idi. Bu, ölkədəki fermerlər üçün nümunə yaratmaq baxımından böyük əhəmiyyət kəsb edirdi. Bu təsərrüfat üçün Silifkenin Təkir kəndində yerləşən və xəzinəyə məxsus olan Oluqbaşı təsərrüfatı ona təklif edilmişdi. 27 yanvar 1925-ci il axşamı Atatürk həyat yoldaşını Mərsində qoyaraq o dövrün İçəl vilayət mərkəzi olan Silifkeyə keçdi. Burada Vali müavini Fəhri bəy ilə qısa bir görüş keçirdikdən sonra gecəni Hacı Hulusinin iki mərtəbəli malikanəsində keçirdi.

Atatürk ertəsi gün, 28 yanvar 1925-ci ildə Silifkedəki proqramına Türk Ocağı və İdman Yurdu klublarını ziyarət edərək başladı. Ardınca Taşucuna keçərək Sadıq Taşucunun qonağı oldu. Sonra Tekir kəndinə gedərək Oluqbaşı təsərrüfatında yerindəcə araşdırmalar apardı. Bu araşdırmanın nəticəsində təsərrüfatı xəzinədən satın almağa qərar verdi.

Bu səfər, tarixə Atatürkün həm dövlət işlərini idarə etdiyi, həm də ölkənin kənd təsərrüfatının inkişafına dair şəxsi təşəbbüslərini planlaşdırdığı mühüm bir gəzinti kimi həkk olunub.

Mustafa Kamal Atatürk, Silifkeyə olan marağını buraya dörd dəfə gələrək nümayiş etdirib. Atatürk Silifkeyə səfərlərindən birində buradan təsərrüfat satın almış və mərkəzinin bu təsərrüfat olmaqla "Kənd Təsərrüfatı Kredit Kooperativi"nin yaradılmasını tapşırmış, özü də bu qurumun 1 nömrəli üzvü olmuşdur.

Mustafa Kamal Atatürkün 1925-ci ildə Silifkəyə səfəri zamanı Silifke İdman Yurdunun şərəf dəftərinə bu ifadələri yazmışdır:

"Silifkeyə gəlməyimdın olduqca məmnunam. Məni unutmayacağınızı bilirəm. Sizi qəlbimdən çıxarmaram. Qazi Mustafa Kamal"

İstinadlar

Kateqoriya:Mustafa Kamal Atatürk Kateqoriya:Atatürk muzeyləri Kateqoriya:Türkiyədəki bioqrafik muzeylər Kateqoriya:1987-ci ildə Türkiyədə yarananlar