Macarıstanlı Konstansa (; ) — Macarıstan kralı IV Belanın qızı, Qalisiya kraliçası və Böyük Kiyev knyaginyası.

1237-cı ildə Macarıstan krallığında dünyaya gəldi. Atası Macarıstan kralı IV Bela, anası isə Nikeya imperatoru I Teodor Laskarisin qızı Mariya Laskarinadır. 1247-ci ildə hələ 10 yaşında ikən Qaliçli Daniilin oğlu Knyaz Levlə evləndirildi. Cütlüyün bu nigahdan 3 övladı doğuldu.

I Yuri (1252-1308) Svetaslav (?-1302) Anastasiya (?-1335)

Evləndikdən sonra katolik inancına sadiq qaldı. 1287-ci ildə baş tutan monqol işğalı əsnasında kilsədə gizləndi. Bu onun həyatıyla bağlı olan son yazılı məlumatdır.

Mənbə

Ədəbiyyat

Енциклопедія українознавства : Словникова частина : [в 11 т.] / Наукове товариство імені Шевченка; гол. ред. проф., д-р Володимир Кубійович. — Париж — Нью-Йорк : Молоде життя, 1955—1995

İstinadlar