Vatslav Vatslavoviç Vorovski (; ) — rus bolşevik inqilabçısı, ədəbi tənqidçi, jurnalist və SSRİ diplomatı. İlk sovet diplomatlarından biri olan Vorovski 1923-cü ilin mayında İsveçrədə baş vermiş siyasi sui-qəsdin qurbanı kimi tanınır. O, Lozanna Sülh Konfransında Sovet hökumətinin rəsmi nümayəndəsi idi.
Həyatı Vatslav Vorovski 1871-ci ilin 27 oktyabrda Moskvada, etnik cəhətdən polyak, lakin ruslaşmış zadəgan və mühəndis ailəsində anadan olmuşdur.Branko Lazitch with Milorad M. Drachkovitch, Biographical Dictionary of the Comintern: New, Revised, and Expanded Edition. Stanford, CA: Hoover Institution Press, 1986; pp. 498–499. Atası Vatslavın bir yaşı olarkən vəfat etmiş və o, anası tərəfindən böyüdülmüşdür. Orta məktəbi bitirdikdən sonra 1890-cı ildə Moskva Universitetinə daxil olmuş və burada siyasi radikalizm ideyaları ilə tanış olmuşdur.
Siyasi karyerası Vorovski öz avtobioqrafiyasında sosialist hərəkatla əlaqəsinin 1894-cü ildən başladığını qeyd edir. Həmin vaxt o, Moskvadakı fəhlə dairələri ilə əlaqə qurmuşdur. 1897-ci ildə çar gizli polisi tərəfindən həbs edilmiş, iki il Taqanqa həbsxanasında saxlanılmış, daha sonra 1899-cu ildə Oryol şəhərinə sürgün edilmişdir. Azadlığa çıxdıqdan sonra Vorovski "P. Orlovski" adlı yeni gizli təxəllüs götürmüşdür. Gizli fəaliyyət illəri ərzində Vorovski həmçinin "Y. Adamoviç", "M. Şvarts", "Jozefina" və "Feliks Aleksandroviç" təxəllüslərindən də istifadə etmişdir. thumb|left|Vorovski 1899-cu ildə Vorovski 1902-ci ildə Avropaya mühacirət etmiş, İtaliya, Almaniya və İsveçrədə yaşamışdır. O, Vladimir Leninin xaricdə təsis etdiyi "İskra" qəzetinin agenti kimi fəaliyyət göstərmişdir. 1903-cü ildən etibarən o, Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının bolşevik fraksiyası ilə polyak sosialistləri arasında vasitəçi rolunu oynamışdır. 1904-cü ildə Ukraynanın Odessa şəhərində fəaliyyət göstərsə də, 1904-cü ilin avqustunda yenidən mühacirət etmişdir, və ilk sırf bolşevik nəşri olan "Vperyod" (İrəli) qəzetinin yaradılmasına kömək etmiş, onun redaktorlarından biri olmuşdur.
Birinci rus inqilabı zamanı Rusiyaya qayıdaraq Sankt-Peterburqda fəal inqilabçı kimi çalışmışdır. 1905-ci il üsyanının məğlubiyyətindən sonra o, Odessaya köçmüş, burada 1907–1912-ci illərdə yeraltı bolşevik hərəkatının aparıcı nümayəndələrindən biri olmuşdur. 1912-ci ildə Vorovski yenidən həbs edilmiş və bu dəfə Rusiyanın Voloqda vilayətinə deportasiya olunmuşdur. 1915-ci ildə o, Stokholma köçmüş və burada İsveçin "Lux" şirkətində və "Siemens-Schuckert" şirkətində mühəndis kimi işləmışdır. Fevral inqilabından sonra Vorovski Karl Radek və Yakov Qanetski ilə birlikdə üç nəfərlik bolşevik Stokholm Bürosuna təyin edilmişdir.
Vorovski 1919-cu ildə ilk yaradıldığı vaxtdan 1921-ci ilə qədər dövlət nəşriyyatı olan Qosizdatın ilk direktoru olmuşdur.
Diplomatik karyerası 1917-ci ilin noyabrında bolşeviklərin qələbəsindən sonra Vorovski Sovet hökumətinin Skandinaviya üzrə diplomatik nümayəndəsi təyin edilmiş və Stokholmda yaşamağa başlamışdır. Stokholmda Vorovski yeni bolşevik hökuməti ilə Almaniya hökumətinin nümayəndələri arasında əlaqə nöqtəsi olmuş, 1917-ci ilin noyabr və dekabr aylarında Aleksandr Parvus tərəfindən Almaniya Sosial-Demokrat Partiyasının üzvləri ilə, o cümlədən Filip Şeydeman kimi şəxslərlə tanış edilmişdir.E. H. Carr, A History of Soviet Russia: The Bolshevik Revolution, 1917–1923: Volume 3. London: Macmillan, 1953; pg. 23.
1918-ci ilin dekabrında İsveç, Müttəfiq dövlətlərin təzyiqinə cavab olaraq və sərt blokadanın tətbiqini təmin etmək məqsədilə, Vorovskini Sovet Rusiyasının nümayəndəsi kimi rəsmi şəkildə tanımaqdan imtina etmişdir.Louis Fischer, The Soviets in World Affairs: A History of the Relations between the Soviet Union and the Rest of the World, 1917–1929. Second Edition. Princeton, NJ: Princeton University Press, 1951; vol. 1, pg. 248. İsveç hökumətinin bu qərarı Vorovskinin növbəti ay Rusiyaya qayıtmasına səbəb olmuşdur.Carr, The Bolshevik Revolution, vol. 3, pg. 114, fn. 1. Vorovskiyə qarşı bu addım Böyük Britaniyanın 1918-ci ilin sentyabrında Maksim Litvinovu və həmin ilin noyabrında Almaniyanın Adolf Yoffeni ölkədən çıxarmasından sonra atılmışdır.Carr, The Bolshevik Revolution, vol. 3, pp. 113–114.
1919-cu ilin martında Vorovski Kommunist İnternasionalının (Komintern) təsis qurultayına göndərilən Sovet nümayəndə heyətinin üzvü kimi fəaliyyət göstərmişdir. O, Rusiya Kommunist Partiyasının Komintern İcraiyyə Komitəsindəki nümayəndəsi təyin edilmişdir. Həmçinin o, Anjelika Balabanova ilə birlikdə təşkilatın katiblərindən biri kimi xidmət etmişdir.Carr, The Bolshevik Revolution, vol. 3, pg. 121. Qriqori Zinovyev isə təşkilatın prezidenti vəzifəsinə gətirilmişdir.
1920-ci ilin iyulunda Vorovski Sovet diplomatı kimi fəaliyyətini bərpa etmiş və Polşa ilə diplomatik danışıqlarda iştirak etmişdir.
1921–1923-cü illərdə Vorovski İtaliyada Sovet səfiri olmuşdur. Bu vəzifədə o, iki ölkə arasında ticarət sazişinin bağlanması üçün aparılan danışıqlarda iştirak etmiş, 1921-ci ilin dekabrında ilkin razılaşma imzalanmışdır.Carole Fink, The Genoa Conference: European Diplomacy, 1921–1922. Chapel Hill, NC: University of North Carolina Press, 1984; pg. 282. Lakin bu uğur qısaömürlü olmuş, altı aylıq müqavilənin uzadılması ilə bağlı danışıqlar 1922-ci ilin mayında uğursuzluqla nəticələnmişdir.
Vorovski Sovet Xarici İşlər naziri Georgi Çiçerinin rəhbərlik etdiyi heyətin tərkibində 1922-ci ildə keçirilən Genuya konfransında Sovet nümayəndə heyətinin üzvü olmuşdur.
Ölümü thumb|Vorovskinin tabutunun Berlində daşınması Vorovskinin son diplomatik missiyası 1923-cü ilin yazında olmuşdur. O, 1923-cü il Lozanna konfransında Sovet nümayəndəsi kimi fəaliyyət göstərmişdir. İki diplomatik attaşe ilə birlikdə Vorovski 27 aprel tarixində Romadan Lozannaya gəlmiş, konfransın rəsmi iştirakçılarını Sovetin Türkiyənin Qara dəniz boğazları ilə bağlı maraqlarını tanımağa məcbur etməyə ümid etmişdir.Fischer, The Soviets in World Affairs, vol. 1, pg. 409.
9 may tarixində Vorovski Moskvaya son hesabatını göndərmiş və üç gün əvvəl bir qrup sağçı gəncin onun hotelində göründüyünü və görüş keçirməyə cəhd etdiyini qeyd etmişdir. Vorovski:
1923-cü il 10 may axşamı Vorovski öz həmkarları ilə birlikdə hotelinin restoranında yemək masasının arxasında oturarkən, onlara tanımadıqları bir şəxs yaxınlaşmışdır. Bu naməlum şəxs, rus ağ emiqrant Moris Konradi, silah çıxararaq Vorovskini öldürmüş, onun iki həmkarı Ahrens və Divilkovskini isə yaralamışdır. Konradi vəkil Teodor Ober tərəfindən müdafiə olunmuş və daha sonra İsveçrə məhkəməsi tərəfindən bəraət almışdır. Bu hadisə sonradan "Konradi işi" kimi tanınmışdır.
Vatslav Vorovski ölən zaman 51 yaşında idi. O, Moskvada Qırmızı Meydanda Kreml divarı nekropolunun 7 nömrəli kütləvi məzarında dəfn olunmuşdur.
Xatirəsi thumb|right|200px|Xatirəsinə buraxılmış poçt markası, 1971 Sovet hakimiyyəti dövründə SSRİ-nin onlarla şəhərində bir sıra yaşayış məntəqələri və küçələr Vorovskinin şərəfinə adlandırılmışdır. Əhəmiyyətli dəyişikliklərdən biri Kiyevdəki Xreşçatik küçəsinin 1923–1937-ci illər arasında Vorovskovo küçəsi adlandırılması olmuşdur.
Moskva şəhərində, 11 may 1924-cü ildə, Birinci Rusiya Sığorta Şirkətinin keçmiş mənzil binasının həyətində heykəltəraş Mixail Katsın layihəsi əsasında Vorovskinin tunc abidəsi ucaldılmışdır. Abidənin qoyulması və Kuznetski Most ilə Bolşaya Lubyanka küçələrinin küncündə yerləşən Vvedenskaya kilsəsinin sökülməsi ilə əlaqədar olaraq boşaldılan əraziyə Vorovski meydanı adı verilmişdir.
Vladimir Mayakovskinin "Vorovski" adlı şeiri onun ölümünə ithaf edilmişdir.
Tver vilayətinin Konakovo şəhərində və Moskva vilayətinin Ramenskoye şəhərində yerləşən mədəniyyət saraylarına Vatslav Vorovskinin adı verilmişdir.
1990-cı ildə Rusiya Sahil Mühafizəsi Vorovski adına "Menjinski" sinfinə (layihə 11351 – NATO Krivak III sinfi) aid "Vorovskiy" (Воровский 160) adlı gəmi istifadəyə vermişdir.
İstinadlar
Kateqoriya:Köhnə bolşeviklər Kateqoriya:Rusiya diplomatları Kateqoriya:Rusiya ədəbi tənqidçiləri Kateqoriya:Rusiya inqilabçıları Kateqoriya:SSRİ diplomatları Kateqoriya:RSDFP-nin IV qurultayının nümayəndələri Kateqoriya:RSDFP-nin III qurultayının nümayəndələri