Əsli Davaz (; ) — türk tərcüməçi, tədqiqatçı, yazıçı və arxivşünası.
O, qadın arxivləri sahəsində ixtisaslaşmış tədqiqatçıdır. Qadın Əsərləri Kitabxanası və Məlumat Mərkəzi Fondunun təsisçilərindən biridir. Həyatı Əsli Davaz İstanbulda doğulub. İbtidai təhsilini Türkiyədə, orta və lisey təhsilini isə Fransada tamamladıqdan sonra VIII Paris Universitetinin Fransız dili və ədəbiyyatı fakültəsində təhsil alıb, ardınca isə Bezanson Universitetində linqvistika və fransız dilinin xarici dil kimi tədrisi üzrə təhsilini davam etdirib. Təhsilini bitirdikdən sonra uzun müddət mütərcim-tərcüməçi kimi fəaliyyət göstərən Əsli Davaz, məqalə və kitabların tərcüməsi ilə məşğul olub.
Kitabxanaçılıq və arxivçilik sahəsində ilk təcrübəsini Londonda, London Universitetinin Bedford Kollecinin Kitabxanasında işlədiyi dövrdə qazanıb. Kitabxananın təsnifat sistemi, oxucu xidmətləri və qurumlararası borcvermə şöbələrində, bütün kolleksiyalarda çalışıb. Sonra, sosialist ədəbiyyatı üzrə kitabxananın yaradılması işlərində iştirak etmiş və Marx Memorial Library-də qurumun iş metodları üzrə araşdırmalar aparıb. O, "Türkiyəli Tərəqqipərvərlər Birliyi"nin kitabxanasında dörd il fəaliyyət göstərərək, xüsusi mövzulu kitabxanalar sahəsində təcrübə qazanıb. Türkiyədə qadın mövzulu bir arxiv yaratmaq ideyası ilə Londondakı The Fawcett Library və Feminist Library, həmçinin Parisdəki Bibliothèque Marguerite Durand-da tədqiqatlar aparıb.
Türkiyəyə qayıtdıqdan sonra qadınlar üzrə ixtisaslaşmış kitabxana, arxiv və araşdırma mərkəzi qurmaq yolunda ilk addımlarını 1988-ci ildə Şirin Təkəli ilə birlikdə atıb. Şirin Təkəli, Jalə Baysal, Füsun Akatlı və Füsun Ərtuğ ilə birlikdə 1990-cı ildə açılan Qadın Əsərləri Kitabxanası və Məlumat Mərkəzi Fondunun təsisçilərindən biri olub. Yarandığı gündən etibarən kitabxana, qadın mövzulu sənədlərin əldə edilməsi, qorunması, tədqiqatçılara və oxuculara təqdim edilməsi istiqamətində fəaliyyət göstərib. O, qadın mərkəzli kitabxanaçılıq və arxivşünaslıq mövzularında məqalələr dərc etdirib.
Davaz, 1998-ci ildə Türkiyə əlifba inqilabından başlayaraq 1996-cı ilə qədər nəşr olunmuş, qadın oxucu kütləsinə yönəlmiş dövri mətbuat nümunələrini əhatə edən "Xanımlar aləmindən Rozaya qadın dövrü nəşrləri biblioqrafiyası: 1928-1996" adlı əsərini çap etdirib.
2014-cü ildə isə beynəlxalq qadın hərəkatından və Türkiyədəki birinci dalğa qadın hərəkatından bəhs edən "Qeyri-bərabər bacılıq: Beynəlxalq və Orta Şərq qadın hərəkatları, 1935 Konqresi və Türk Qadınları Birliyi" adlı əsəri işıq üzü görüb.
1999-cu ildə fonda daxil olan Nəcilə Tevfik arxivinə əsaslanaraq, 2019-cu ildə işıq üzü görən "Bir qadın arxivini oxuma sınağı: Nəcilə Tevfik arxivinin annotasiyalı kataloqu (1924-1954)" adlı əsərini hazırladı. O, bu əsəri ilə qadın hərəkatını və bu hərəkatda yer alan şəxsləri diqqət mərkəzinə gətirməyi hədəfləmişdi.
Əsərləri Xanımlar aləmindən Rozaya qadın dövrü nəşrləri biblioqrafiyası: 1928-1996, 1998 Qeyri-bərabər bacılıq: Beynəlxalq və Orta Şərq qadın hərəkatları, 1935 Konqresi və Türk Qadınları Birliyi, 2014 Bir qadının arxivini oxuma cəhdi: Nəcilə Tevfik arxivinin annotasiyalı kataloqu (1924-1954), 2019 İstinadlar
Kateqoriya:Türkiyə yazıçıları Kateqoriya:Türkiyə yazıçıları