Hanna Krasnapiorka (; ) — Belaruslu jurnalist və yazıçı. O, Minsk gettosunda sağ qalan nadir insanlardan olub. Yazıçı və jurnalist Vladimir Mieçaunun həyat yoldaşı. Həyatı Hanna Krasnapiorka 1925-ci ildə Minskdə anadan olub. İkinci Dünya müharibəsi illərində anası (həkim) və bacısı ilə birlikdə Minsk gettosunda yaşamağa məcbur edilib. Onların hər üçü sağ qalmağı bacarıb. Hanna sonradan jurnalist olub. Onun "Yaddaşımın məktubları" əsəri fransız dilində ilk dəfə nəşr olunub.
İlk dəfə 1984-cü ildə belarus dilində çap olunan "Yaddaşımın məktubları", hazırkı dövrə qədər İkinci Dünya müharibəsi zamanı Minsk yəhudi gettosundakı həyat şəraiti haqqında bu dildə yazılıb bizə çatmış yeganə məlum əsər sayılıb. Bu əsər hadisələrdən sağ çıxanlardan birinin dilindən nəql edilib və həyat səhnələrinin, hadisələrin, simaların və talelərin kaleydoskopunu özündə birləşdirib: "Bu, ağlıma sığmır... Bu, necə mümkün idi? Bütöv bir məhəlləni məhv etmək üçün nişanlamaq... Orada yaşayan insanları — qocadan uşağa qədər istisnasız hər kəsi — toplayaraq əvvəlcədən hazırlanmış quyulara tökmək. İnsanları ora diri-diri atıb, sonra üzərlərinə benzin tökürdülər... Bununla kifayətlənməyən Gestapo üzvləri quyuda çabalayan o kütləyə atəş açmağa davam edirdilər..."
Hadisələr baş verən vaxt 16 yaşı olan Hanna Krasnapyorka, Holokostun Sovet İttifaqında qadağan olunmuş (tabu) bir mövzu olduğu dövrdə — 1970-ci illərdə xatirələrini toplayıb. Həmçinin digər şahidlikləri və gündəlikləri taparaq bir araya gətirib. 1984-cü ildə nəşr olunan kitab bir neçə gün ərzində satılıb qurtarııb. Daha sonra, 1998-ci ildə Sovet ədəbi jurnalı olan "Xalqlar dostluğu"nda bir milyondan çox tirajla yenidən çap edilib və xüsusilə Sovet yəhudi mühitində böyük əks-səda doğurub.
Almaniyada dörd dəfə nəşr olunan bu əsər, Almaniya ilə Belarus arasında sülhü təşviq edənləri mükafatlandıran alman "Hanna Krasnapyorka mükafatı"nın yaradılmasına ilham verib. 1998-ci ildə Almaniyada Belarus və Almaniya arasında barışıq sahəsindəki fəaliyyətlərin tanınması üçün Hanna Krasnapiorka adına mükafat (Anna Krasnopërko-Preis) təsis edilib. Bu mükafat digərləri ilə yanaşı, Adam Maldzis, tarixçi Henadz Barkun, şair Ales Kasko və Belarus Böyük Vətən Müharibəsi Muzeyinin rəhbəri Alyaksandr Ulyanoviçə təqdim olunub.
Əsərləri 250px|thumb|right|Yaddaşımdan məktublar, əsərinin üz qabığı 1976 — "Bürclər: Hekayələr" (Сузор'е: Апавяданнi) kitabı Minskdə, "Mastatskaya litaratura" nəşriyyatında çap edilib. 1984 — "Yaddaşımın məktubları: Uydurulmamış povest" (Пiсьмы маёй памяцi. Непрыдуманая аповесць) əsəri Minskdə işıq üzü görüb. 1989 — Məşhur Belarus yazıçısı Vasil Bıkovun ön sözü ilə əsərin rus dilinə tərcüməsi "Drujba narodov" jurnalında dərc olunub. Həmin il kitab şəklində Moskvada da nəşr edilib. 1993 — Əsərin ingilis dilinə tərcüməsi ("Letters from My Memory: The Real Story") əlyazma şəklində hazırlanııb və Vaşinqtondakı Şoa Fondu İnstitutunda saxlanılıb. 1984 — Əsər "Briefe meiner Erinnerung" adı ilə alman dilinə tərcümə edilib və Dortmundda nəşr olunub. Bu kitabda onun 1941-1942-ci illərdə Minsk yəhudi gettosunda sağ qalmasından bəhs edilib. 2020 — Kitabın fransız dilinə tərcüməsi ("Lettres de ma mémoire") Les Essarts-le-Roi şəhərində işıq üzü görüb.
İstinadlar
Xarici keçidlər Мехов, Владимир. 2001. СКОРБЬ. Мишпоха. No 9. Toŭscik, Iryna A /Тоусцік, Ірына. 2003. Anna Krasnapjorka. Ein Leben im Dienste der Aussöhnung / Ганна Краснаперка: жицце у імя прымірэння [Hanna Krasnapiorka: A Life in the Service of Reconciliation; translated from the Belarusian into German by Margarita Höckner]. Berlin: Forschungsstelle Diktatur und Demokratie, Freie Universität Berlin / Берлінскі Свабодны універсітэт, 68pp. .