Həvayət Hacı qızı Qurbanova () — Azərbaycanlı aqronom, Sosialist Əməyi Qəhrəmanı (1966). 6 və 7-ci çagiriş SSRi Ali Sovetinin deputatı.
Həyatı Həvayət Qurbanova 20 fevral 1937-ci ildə Azərbaycan SSR Goranboy rayonunun Sarov kəndində anadan olmuşdur. 1955-ci ildən Goranboy rayonundakı "Azərbaycan" kolxozunun briqadiri, 1966-cı ildən Naxçıvan MSSR Kənd Təsərrüfatı Nazirliyinin aqronomu, 1972-ci ildən Naxçıvan SSR kompleks-zona təcrübə stansiyasının kiçik elmi işçisi, 1975-ci ildən baş aqronom, 1976-cı ildən Selxoştexnika birliyinin Naxçıvan bölməsinin aqronomu vəzifələrində çalışmışdır. 1965-ci ildə Həvayət Qurbanovanın briqadası pambıq yığma planını 130% yerinə yetirmişdir.
SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 1966-cı il 30 aprel tarixli sərəncamı ilə xam pambıq yığımının artırılmasında qazandığı uğurlara görə Həvayat Qurbanova Sosialist Əməyi Qəhrəmanı adı verilməklə, "Oraq və Çəkic" qızıl medalı və Lenin ordeninə layiq görülmüşdür.
1964-cü ildə Həvayət Qurbanova 6 və 7-ci çagiriş SSRi Ali Sovetinə Deputat seçilib.
2002-ci ildə Heydər Əliyev tərəfindən Prezidentin fərdi təqaüdünə layiq gorulub.
Həvayət Qurbanova 3 övlad anasıdır. Onun bir qızı, iki oğlu var.
İstinadlar
Kateqoriya:Azərbaycan aqronomları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin Azərbaycan SSR-dən olan deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ aqronomları Kateqoriya:Kolxoz briqadirləri